Bakıda kafedə qadınlar DAVA ETDİ: Xəsarət alan var
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakının Nərimanov rayonunda dava zamanı qadın xəsarət alıb.
APA xəbər verir ki, hadisə iaşə obyektində qeydə alınıb.
1963-cü il təvəllüdlü M.Əliyeva kafedə tanışı ilə əlbəyaxa dava edib.
Qadınlar arasında düşən dava zamanı M.Əliyeva xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Fakt üzrə Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

