Kağız sənədlərlə bağlı yeni qərar
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Dövlət satınalmalarında icra təminatlarının elektron təqdim edilməsi mümkün olacaq.
Bu barədə Milli.Az-a Azərbaycan Respublikası Maliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin (RDMİS) "e-müqavilə" altsistemində dövlət satınalma müqavilələri üzrə icra təminatının elektron təqdim edilməsi funksiyası yaradılıb.
Maliyyə Nazirliyinin Mərkəzi Bankla birgə həyata keçirdiyi tədbirlər nəticəsində yaradılan yeni funksionallıq Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən məlumat mübadiləsinə və banklar tərəfindən təqdim olunan icra təminatlarının elektron formada əldə edilməsinə imkan verir.
Hazırda yeni funksionallığın bir sıra kommersiya bankları ilə tətbiqi təmin edilib. Beləliklə, həmin banklar tərəfindən verilən icra təminatları artıq elektron qaydada təqdim olunur.
Qeyd olunub ki, digər bankların da inteqrasiya prosesinə qoşulması ilə icra təminatlarının daha geniş miqyasda elektronlaşdırılması, təchizatçılar üçün bank seçimi imkanlarının artırılması və dövlət satınalmalarında tam rəqəmsal xidmət zəncirinin formalaşdırılması nəzərdə tutulur. Bu istiqamətdə Mərkəzi Bankla birgə işlər davam etdirilir.
Yeni funksionallıq icra təminatlarının kağız formada təqdim edilməsinə ehtiyacı azaldacaq, məlumatların elektron qaydada yoxlanılmasına, proseslərin sürətləndirilməsinə və satınalma iştirakçıları üçün inzibati yükün azaldılmasına imkan verəcək.
Qeyd edək ki, "Dövlət satınalmaları haqqında" qanunun 38.2-ci maddəsinə əsasən, qalib təchizatçı satınalma müqaviləsini informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalamaqla yanaşı, qanunvericiliklə tələb olunan hallarda icra təminatını da satınalan təşkilata təqdim etməlidir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 05 Oktyabr 2026 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















