Icma.az
close
up
RU
YETİM QALMIŞ OYUNCAQLAR

YETİM QALMIŞ OYUNCAQLAR

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

Oktyabr ayının 16-dan – 17-nə keçən gecə... Gəncə şəhəri... Gecə saat 00:45. Uğultulu bir partlayış səsi ilə tozanaq qalxır, göz-gözü görmür. Analar dizlərinə döyərək haray çəkir, atalar dəli kimi əlləri ilə dağılmış viran olmuş evlərinin uçuqları arasında övladlarını axtarır. O gecə cox körpənin həyatı üçün son oldu. Şirin yuxuya gedən bir körpə, axı hardan bilərdi sabahı qaralacaq. Yatdığı bu ana qucagı son mənzili olacaq. Onlar sülh qərarının ilk gecəsinin qurbanı oldu. Qaranlıqda qorxu içində ağrı hiss edən bir uşaq ağlayır. Dağıntılar arasında qalan Xədicənin fəriştə vücudu yaşamaq uğrunda mübarizə aparırdı.

Valideynlərinin bir yaşlı bacısı ilə məşğul olduğunu görən balaca Xədicə çay şüşəsinin arxasınca gedir və həmin otaqda yuxulayır. Həyat bir az əvvəldən onların taleyini ayırıbmış. Xədicəni yaşatmaq üçün... Mənfur düşmən gülləsi körpə balalarına şirin layla deyən valideynlərini və bir yaşlı bacısını hədəf aldı. Bacısı anası ilə bir tabutda gömüldü. Xədicə isə ana qucağına bir ömürlük həsrət qaldı... Bu gecə üç yaşlı bir uşaq, ailəsini itirdi. O, dövlətimiz tərəfindən nəzarətə, həkimlərimiz tərəfindən müalicəyə götürüldü. Bir neçə gündən sonra sağalaraq evlərini, ailəsini istədi. Yanından heç ayrılmayan xalası göz yaşları içində onu necə sakitləşdirəcəyini düşünürdü. Dağılan evini körpə uşağa necə göstərsin axı? Xədicə elə hey ağlayırdı. Gah anasını gah da atasını çağırırdı. Gözü yollarda idi. Balaca əlini qapıya uzadaraq, evə, valideynlərinin yanına getmək istədiyini bildirirdi. Xədicə yalnız öz çay şüşəsi ilə yuxuya gedirdi. Bu çay şüşüəsi ona doğma yeganə əşya idi, dağıntılar altında qalarkən hər ağlayanda çay şüşəsini ağzına yaxınlaşdırır, kiriyirmiş. Bir neçə həftə keçdi, xalası Xədicəni öz bağçasına aparırdı. Bağça onların evlərinin yaxınlığında yerləşirdi. Xədicə xalasının əlini buraxıb dəli kimi evlərinə dağılmış xarabalıqlara tərəf qaçdı. Sevinc içində dönüb xalasına və oraya toplanan insanlara baxdı. Bir qrup məktəbli yiyəsiz qalmış oyuncaqların sıra ilə düzüldüyü  yerə  gül qoyurdu. Onlar Xədicəni qorumaq məqsədi ilə uzaqlaşdırmaq istədilər. Bura həm tozlu, həm də daş kəsəkli idi. Xədicə isə çox xoşbəxt idi. Xalası onun əlindən tutaraq, istədiyi yerə doğru apardı. O, məktəblilərin gül qoyduğu oyuncaqlardan birini götürdü. Bu onun və bacısının ən sevimli oyuncağı idi. O, yağışın altında qalmış və hələdə evlərinin qoxusunu daşıyan oyuncağı ən əziz varlığı kimi möhkəm qucaqladı. Xədicə yetim qalmış oyuncağına sanki öz doğması kimi sahib çıxdı. 

Erməni vəhşiliyi minlərlə Xədicəni ailəsiz, yaxud da, yetim qoyub,  gələcəyini şikəst edib. Onlar yalnız yatmış köməksiz vəziyyətdə olan uşaqlarla mübarizə aparmağı bacarır, “Xocalı faciəsi”ndə olduğu kimi.

Xədicə bütün uşaqlar kimi, dünyada ən qiymətli varlığını ailəsini Vətən üçün şəhid verdi. Adətən analar öz övladlarını Vətən torpağı uğrunda fəda edir. Gəncə şəhərində baş vermiş erməni terroru gecəsində bu ağır yük körpələrin zərif çiyinlərinə, uşaqlıq həyatına qismət oldu. Onların uşaqlığına uğaqlığını itirmək, böyüməmiş böyüklük nəsib oldu. Və bu gecədən Xədicənin ailəsi bütöv Azərbaycan oldu.  

Fidan Nizaməddin qızı Abdurəhmanova,

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
 dosent,

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://adalet.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see222

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see210

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see209

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see205

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see196

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see196

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see194

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see190

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see190

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see189

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see184

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see182

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see180

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see180

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see178

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see177

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see176

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see176

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see175

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri