Icma.az
close
up
RU
Kalininqrad blokadaya alına bilər

Kalininqrad blokadaya alına bilər

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son zamanlar NATO-nun Baltikyanı bölgədə və Polşada hərbi fəallığının aktivləşməsi müşahidə olunur.  Demək olar ki, NATO həm Litva, həm Latviya, həm də Estoniyada qoşunlarının və hərbi texnikalarının sayını artırmaqdadır. Qərb KİV-lərinin məlumatına görə, artıq NATO-nun Latviyada hərbi bazasının əsasının qoyulması planlaşdırılır. Bununla paralel olaraq, NATO ixtisaslaşdırılmış AWACS tipli təyyarələrdən istifadə etməklə Rusiyanın Kalininqradda hərbi fəaliyyətini izləməyə başlayıb. Bir çox Qərb ekspertləri hesab edirlər ki, NATO-nun Baltikyanı və Şərqi Avropa bölgəsindəki hazırk? addımları Rusiyanın Kalininqrad şəhərinin blokadaya alınmasına, yəni Moskvanın bu bölgədə hərbi-siyasi mövqeyini zəiflətməyə yönəlib. Ekspertlərin sözlərinə görə, NATO-nun Kalininqrad ətrafında hərbi manevrləri Qərb ilə Rusiya arasında kəskin qarşıdurmanın yeni və daha təhlükəli mərhələyə keçid etməsinə gətirib çıxara bilər. Qərbin siyasi və strateji çevrələrində belə bir plan qurulub ki, Rusiyaya qarşı genişmiqyaslı müharibəyə cəlb olunmadan, məhdud coğrafi ərazidə onun üzərində simvolik qələbə əldə etməkdir. Bu da, sözsüz ki, Kalininqradın blokadaya alınmasından keçir. Litva və Polşa arasında yerləşən Kalininqrad vilayətində Rusiya Silahlı Qüvvələrinin Baltik donanmasının ən böyük bazası yerləşir - bu baza  Rusiyanın Avropadakı hərbi mövcudluğunun strateji səviyyədə vacib dayağıdır, eləcə də Avropanın təhlükəsizliyi üçün əsas təhdid hesab olunur. Qərb analiktiklərində belə bir fikir yaranıb ki, NATO Kalininqradı Rusiyadan təcrid etməklə və ya hərbi yollarla nəzarətə almaqla Rusiyaya çox ağır psixoloji və siyasi zərbə vura bilər.

Kalininqrad NATO üçün niyə bu qədər önəmlidir?

Məsələ ilə bağlı hərbi ekspert Telman Qasımov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Kalininqrad yalnız Rusiya üçün deyil, həmçinin NATO üçün də strateji cəhətdən xüsusi əhəmiyyət kəsb edir. “İlk növbədə qeyd edim ki, Ukraynada müharibə başlayandan bəri Rusiyanın Baltikyanı ölkələrə - Litva, Latviya və Estoniyaya, hətta Polşaya belə təhdidləri daha da kəskinləşib. Bu təhdidlərin qarşısının alınması NATO-nun gündəliyində ən önəmli prioritetlərdən biridir. Bu gün Şimali Atlantika Alyansı Şərq? Avropa və Baltikyanı bölgədə təhlükəsizliyin tam şəkildə təmin olunması və möhkəmlənməsi üçün bir sıra planlar üzərində işləyir. Bu planlardan biri Kalininqradın mühasirəsi və bu vilayəti Rusiya ilə birləşdirən dəhlizin nəzarətə götürülməsidir -
NATO-nun əsas məqsədi  bu yolla Rusiyanın Kalininqrad üzərindən regionda həm hərbi-siyasi təsir imkanlarını məhdudlaşdırmaq, həm də təhdidləri ilə mübarizə aparmaqdır. Ümumiyyətlə, əgər NATO Rusiya ilə sərhəd bölgələrdə hərbi varlığını gücləndirmək və regional təhlükəsizliyi təmin etmək istəyirsə, öncə Kalininqrad problemini həll etməlidir - Kalininqradı Rusiya ilə birləşdirən Suvalki dəhlizi mütləq nəzarətə götürülməlidir. Bu dəhlizin alyansın əlinə keçəcəyi təqdirdə Rusiya bölgədəki qoşunlarını ərzaq və silah-sursatla təmin etmək imkanlarını itirəcək. Təbii ki, bu, o qədər də asan bir məsələ deyil. Amma bu istiqamətdə müəyyən addımlar atılmalıdır. Hesab edirəm ki, Kalininqrad məsələsi həll olunmalıdır, yoxsa Moskvanın bölgə üzərindən regionda təhdid xarakterli davranışları davam edəcək. Bu baxımdan yaxın zamanda Kalininqrad məsələsinə diqqətin artacağı istisna deyil. Hazırda NATO bu bölgə ətrafında qoşunlarını cəmləşdirməkdədir,” - de?ə T.Qasımov vurğulayıb.


Kalininqrad - Dünya müharibəsinə aparan yol

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin siyasi eksperti Sultan Zahidov qəzetimizə şərhində bildirib ki, NATO Kalininqrad məsələsini yenidən gündəmə gətirməklə Kremlə mesaj ötürür.  “NATO ilə Rusiya arasında Kalininqrad gərginliyi bir həftədir ki, gündəmdədir. Bu da ondan irəli gəlir ki, ABŞ-ın Avropa və Afrika üzrə komandirinin Kalininqrad ilə bağlı bəyanatı Rusiyada ciddi narahatlığa səbəb olub. ABŞ-ın komandiri jurnalistlərə açıqlamasında bildirib ki, istənilən zaman NATO Kalininqradı hərbi yolla nəzarətə götürə bilər. Sözsüz ki, bu, Rusiyaya bir siqnal idi. Buna görə də Moskvanın buna cavabı gecikmədi. Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr komitəsinin sədri Leonid Slutski qeyd edib ki, Kalininqrada hər hansı hücum olacağı təqdirdə Moskva bütün hərbi imkanlarından, hətta nüvə silahından istifadə edəcək,” - deyə S.Zahidov vurğulayıb ki, NATO-nun Kalininqrada hücumu inandırıcı görünmür. “NATO Kalininqrada hərbi müdaxilə edərsə, bu, NATO-Rusiya müharibəsinə, daha doğrusunu desək, dünya müharibəsinə gətirib çıxaracaq.
NATO-nun rəhbərliyi bunu çox yaxşı bilir, sadəcə olaraq, Moskvaya mesaj göndərir ki, əgər Rusiya hər hansı NATO ölkəsinin ərazisinə raket hücumları həyata keçirərsə, Kalininqrad alyansın ilk hədəfi olacaq”. Ekspert əlavə edib ki, Moskva hər vəchlə Kalininqradda hərbi mövcudluğunu qorumağa çalışacaq. “Kalininqradın strateji əhəmiyyəti çox böyükdür. Bu bölgədə Rusiyanın Baltik donanmasının ən böyük bazası yerləşir. Bu bazada 20 və 30 mindən çox hərbiçi xidmət edir. Moskva bu bölgəni əvvəlki dövrlərə nisbətən daha çox hərbiləşdirib. Bölgədəki bazada S-400 hava hücumundan müdafiə sistemləri və nüvə başlığına malik olan İsgəndər raketləri var. Bundan savayı, Kalininqradı Rusiya ilə birləşdirən Suvalki dəhlizini də diqqətdən qaçırmaq olmaz. Əgər Rusiya bu dəhlizi ələ keçirərsə, Baltikyanı ölkələrin NATO ilə quru təmasları tamamilə kəsiləcək. Bu amilləri nəzərə alarkən, NATO-nun Kalininqrada hərbi müdaxiləsi inandırıcı görünmür. NATO-nun Kalininqradı blokadaya alması da çox ciddi nəticələrə gətirib çıxara bilər”.

NATO buna görə hərbi fəallığını artırıb

“Məsələ burasındadır ki,NATO Rusiyadan ciddi bir təhlükə gözləyir. Bu təhlükəni sovuşdurmaq üçün alyans Şərq cinahında qoşunlarının və hərbi texnikalarının sayını artırmağa çalışır. Ümumiyyətlə, yaxın gələcəkdə Rusiyanın NATO-ya həmləsinin baş tutacağına skeptik yanaşıram. Çünki NATO ilə müharibə aparmaq üçün Rusiyanın o qədər də iqtisadi və hərbi imkanları yoxdur,” - deyə S.Zahidov bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 İyul 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see286

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see273

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see270

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see267

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see264

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see264

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see244

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see241

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see239

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see236

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see233

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see231

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see224

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see222

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see219

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see213

Yağışlı hava bu təzyiq xəstələrinə pis təsir edir

11 Sentyabr 2026 18:26see210

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see196

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see185

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri