Icma.az
close
up
RU
Kalininqrad blokadaya alınarsa...

Kalininqrad blokadaya alınarsa...

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Rusiya nüvə silahından istifadə edəcək?

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra NATO dəfələrlə Rusiyanın sərhədləri yaxınlığında hərbi təlimlər keçirib. NATO-nun öz sərhədlərinə yaxınlaşmasını qəbul etməyən rəsmi Moskva bu tipli hərbi təlimləri də qəbulolunmaz hesab edir. Bu baxımdan, Rusiya növbəti hərbi təlimləri də ciddi təhdid sayır. Belə ki, bugünlərdə Litva, Polşa və Fransanın birgə keçirdiyi “Cəsur qaban-2026” (“Galantny Vepr-2026”) hərbi təlimlər Moskvanın narahatlığına səbəb olub. Hesab edilir ki, təlimlər xüsusi olaraq Rusiyanın Kalininqrad esklavına qarşı yönəlib və bölgənin dəniz və hava blokadasına hazırlıq xarakteri daşıyır.

Kalininqrad strateji ərazi kimi...

Qeyd edək ki, Kalininqrad Rusiyanın qərbdəki ən sonuncu nöqtəsidir. Ərazinin tarixinə gəlincə, buranın tarixi  Prussiya krallığının və Almaniya imperiyasının mühüm mədəni-strateji mərkəzi olmuş qədim Şərqi Prussiya torpaqlarına söykənir. Müasir vilayətin ərazisi isə İkinci Dünya müharibəsindən sonra tamamilə yenidən formalaşıb. Belə ki, müharibədən sonra, Potsdam konfransının (1945) qərarına əsasən Şərqi Prussiyanın şimal hissəsi şəhərlə birlikdə SSRİ-yə (Rusiyaya) verilib. Mərkəzi Avropada yerləşən bu bölgə cənubda Polşa, şimalda və şərqdə Litva ilə həmsərhəddir. Qərbdə Baltik dənizi ilə əhatə olunub. Sahəsi 15.125 kvadrat kilometrdir. Qeyd edək ki, İkinci Dünya müharibəsindən dərhal sonra ərazidə mülki məsələlərlə məşğul olan Xüsusi Hərbi Dairə təşkil edilib. 7 aprel 1946-cı ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə bu ərazidə RSFSR-in tərkibində Köniqsberq vilayəti yaradıldı. 4 iyul 1946-cı ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə bölgə Kalininqrad vilayəti, Köniqsberq şəhəri isə sovet dövlət və partiya xadimi M. İ. Kalininin şərəfinə Kalininqrad adlandırılıb. 9 iyul 1946-cı ildə Stalin tərəfindən imzalanmış SSRİ Nazirlər Sovetinin 1522 nömrəli Fərmanı ilə 1946-cı ilin avqust-oktyabr ayları arasında RSFSR-in 20 bölgəsindən və üç muxtar respublikasından, eləcə də Belarusdan Kalininqrad vilayətinə daimi yaşayış üçün 12.000 kolxozçu ailəsinin “könüllü” köçürülməsi təmin edilib. Alman və Litva əhalisi (Prussiya litvalıları) 1947-ci ilə qədər Almaniyaya deportasiya olunub. Müharibədən sonra Kalininqrad vilayəti Sovet İttifaqının ən hərbiləşdirilmiş ərazilərindən birinə çevrildi. “İkiqat Qırmızı Bayraqlı” Baltik Donanmasının qərargahı Kalininqradda yerləşdirildi. 1991-ci ildən sonra da Baltiysk (keçmiş Pillau) şəhəri bu donanmanın ən böyük bazası olaraq qalmaqdadır.

Hazırkı  həssas məqamda isə Kalininqrad məsələsi daim aktual olaraq qalır. Təsadüfi deyil ki, Mərkəzi Avropada ehtimal olunan potensial qarşıdurmada ilkin hədəf kimi Kalininqrad göstərilir. Hər iki tərəf bu ərazini təhlükə kimi xarakterizə edir: Qərb özünə təhdid kimi, Rusiya isə ilk hücuma məruz qalacaq ərazi kimi. NATO-nun son hərbi təlimləri də bunun gösəricisidir.

Rusiya alyansa xəbərdarlıq edib

Ümumiyyətlə, Kalininqrad  Rusiyanın Avropadakı ən mühüm hərbi-strateji məntəqələrindən biri hesab olunur. Kalininqradın regionun mühüm kommunikasiya xətlərinə yaxın yerləşməsi Rusiyaya NATO-nun şərq cinahını izləmək imkanı verir. Moskva üçün bu ərazi həm NATO ölkələrinə təzyiq və çəkindirmə vasitəsi, həm də Baltikyanı regionda hərbi mövcudluğunu qorumaq və regiondakı hərbi vəziyyətə təsir etmək üçün mühüm platformadır. NATO baxımından isə Kalininqrad “A2/AD” zonası (anti-access and area denial-red.), yəni rəqibi çəkindirmək üçün artan təhlükə yaratmaqla müdafiə olunan əraziyə düşmən qüvvələrinin girişini və manevrini çətinləşdirən potensial zona kimi qiymətləndirilir.

Rusiya ilə NATO arasında gərginliyin əsas səbəbləri hərbi alyansın şərqə doğru genişlənməsi, Rusiyanın öz sərhədləri yaxınlığında NATO infrastrukturunu təhlükə kimi qiymətləndirməsi və Şərqi Avropa ölkələrinin Moskvanın siyasətindən ciddi narahatlıq keçirməsidir. Rusiya və alyans arasında birbaşa müharibə ehtimalı bu gün Avropanın təhlükəsizlik gündəliyində ən ciddi məsələlərdən biri hesab olunur. Bu müharibənin başlayacağı təqdirdə, Kalininqradın ilk hədəf halına gəlməsi hər kəs üçün anlaşılandır. NATO ölkələrindən Kalininqrad barədə səslənən ittihamlar və mümkün Rusiya-NATO müharibəsi regionda narahatlıqla qarşılanır.

Alyansın hərbi təlimləri fonunda son üç gün ərzində Belçika, Böyük Britaniya və İrlandiyadakı Rusiya səfirlikləri Moskvanın NATO-nu Kalininqradı blokadaya alacağı təqdirdə, nüvə silahları da daxil olmaqla bütün arsenalından istifadə etməyə hazır olduqları barədə davamlı olaraq xəbərdar ediblər. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da bəyan edib ki, Kalininqradın blokadaya alınacağı təqdirdə, rəsmi Moskvanın nüvə silahı ilə cavab verəcəyi Rusiyanın normativ sənədlərində əksini tapıb: “Polşadan və digər Avropa ölkələrindən Kalininqrad məsələsinə də toxunan çoxsaylı açıqlamalar eşitmişik, bəziləri olduqca azğın bəyanatlardır. Buna görə də diplomatlarımızın Avropadakı qızğın başlara bu məsələ ilə bağlı sənədlərimizi xatırlatmağa çalışması tamamilə təbiidir”.

Rutte: Nüvə təhdidlərinə son qoyun

NATO-nun Baş katibi Mark Rutte isə Rusiyanın Kalininqrad vilayətinin blokadaya alınması və ya Rusiyanın digər ərazilərindən təcrid edilməsi halında bütün arsenalından, o cümlədən nüvə silahından istifadə edə biləcəyi barədə alyansa xəbərdarlıq göndərdiyini təsdiqləyib. Rutte bildirib ki, NATO Rusiyanın mesajına cavab verib və alyansın müdafiə xarakterli olduğunu vurğulayıb: “Biz müdafiə xarakterli alyansıq. Nüvə təhdidlərinə son qoyun. Bu, qətiyyən yolverilməzdir və heç bir fayda vermir”.

NATO hərbi təlimlərinin Kalininqrad bölgəsini blokadaya alması nə dərəcədə realdır? Əlbəttə, Kalininqrad ilə bağlı səsləndirilən fikirlər mümkün ehtimallar arasındadır. Çünki Avropa üçün müharibənin Rusiyanın şərtləri ilə bitməsi kifayət qədər böyük nüfuz itkisinə səbəb ola bilər. Ona görə də, istənilən yol ilə proseslərin gedişatını Rusiyanın əleyhinə dəyişəcək addımların atılması mümkündür. Amma bu ehtimal artıq Üçüncü Dünya müharibəsinin cəbhədə başlaması üçün bir səbəb yaradır. Nəticə etibarilə, indiki məqamda qarşılıqlı olaraq səsləndirilən ehtimallar daha çox informasiya müharibəsinin bir parçası olaraq nəzərdən keçirilsə də, bu ssenarilərin reallaşma ehtimalı da heç bir halda istisna edilmir.

Nardar BAYRAMLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Oktyabr 2026 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri