Icma.az
close
up
RU
Kallas Orta Dəhlizdən danışdı: Böyük əhəmiyyət...

Kallas Orta Dəhlizdən danışdı: Böyük əhəmiyyət...

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avropa Birliyi (AB) təxminən 90 milyon avro maliyyə vəsaiti ayırdığı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) Mərkəzi Asiyada regional qarşılıqlı əlaqənin təmin edilməsi üçün böyük əhəmiyyət daşıyır.

Axar.az xəbər verir ki, bunu AB-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

Onun sözlərinə görə, hazırda Mərkəzi Asiya təkcə resursları və regional sabitlik üçün coğrafi əhəmiyyəti baxımından deyil, həm də investisiya potensialı baxımından böyük əhəmiyyət daşıyır:

“Məhz buna görə də AB Mərkəzi Asiyada inkişaf məqsədləri üçün yardım göstərilməsində birinci yeri tutur. TBNM layihəsinə dəstəyimizdən tutmuş regionda rəqəmsal texnologiyaların inkişafına investisiyalara qədər hər iki tərəf üçün çoxlu imkanlar görürük”.

Kallas qeyd edib ki, Ukraynadakı münaqişə başlayandan sonra AB Rusiya ərazisindən yan keçən alternativ, etibarlı və səmərəli ticarət və nəqliyyat marşrutları axtarmağa başlayıb:

“Ötən il AB regionda prioritet nəqliyyat layihələrinin həyata keçirilməsi gedişini müzakirə etmək məqsədilə hökumət nümayəndələrini, donorları və inkişaf banklarını birləşdirən xüsusi platforma yaradıb. Buraya, məsələn, Aktau və Türkmənbaşı limanlarının modernləşdirilməsi kimi layihələr daxildir”.

Qeyd edək ki, Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanı birləşdirir. 2023-cü ilin oktyabrında Azərbaycan, Gürcüstan və Qazaxıstan tranzit daşımalarının səmərəliliyinin artırılması üçün “Middle Corridor Multimodal Ltd.” birgə dəmir yolu şirkətinin yaradılması haqqında saziş imzalayıb.

2024-cü ildə TBNM ilə yük daşımalarının həcmi 2023-cü illə müqayisədə 62 % artaraq 4,5 milyon tona çatıb. Həyata keçirilən tədbirlər nəticəsində 2027-ci ilə qədər Orta Dəhlizin ötürmə qabiliyyətinin 10 milyon tona qədər artacağı gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://axar.az
archiveBu xəbər 28 Mart 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gərilən yay Məryəm Bağırova yazır

01 İyun 2026 15:01see1102

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see252

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see204

Ramanada qayınata gəlini qətlə yetirib

01 İyun 2026 18:39see192

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see188

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see179

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see176

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see174

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see174

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see171

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see171

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see170

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see170

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see169

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see168

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see165

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see164

Bu il hansı qrupda ballar aşağı düşəcək?

01 İyun 2026 23:54see161

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see160

Polşa Prezidenti: “Arzularımı çatdırmaqdan şərəf duyuram!”

01 İyun 2026 20:15see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri