Kallas: Rusiya seçki ərəfəsində Ermənistanda informasiya kampaniyası aparır
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Rusiya və onun müvəkkilləri Ermənistanda seçkilər ərəfəsində informasiya kampaniyaları aparır.
"Yeni Sabah" xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas dekabrın 2-də Ermənistan-Aİ Tərəfdaşlıq Şurasının 6-cı iclasından sonra keçirilən brifinqdə belə deyib.
Onun sözlərinə görə, Ermənistana sülh və müqavimət möhkəmliyinin yaradılması üçün 15 milyon avro ayrılacaq:
"Əlbəttə, Ermənistanın qarşısında başqa çağırışlar var. Rusiya və onun müvəkkilləri Ermənistanda seçkilər ərəfəsində informasiya kampaniyaları aparır. Biz Moldovada olduğu kimi eyni şəbəkələrdən istifadə edildiyini görürük. Ssenari eynidir. Aİ-nin maliyyəsi xarici müdaxilələrə cavab verməyə kömək edəcək.
Xarici müdaxiləyə müqavimət göstərmək bütün cəmiyyətin iştirakını tələb edir. Biz Ermənistanda vəziyyətin məhz belə olduğunu eşitməkdən məmnunuq. Fəal vətəndaş cəmiyyəti və müstəqil media çox vacibdir.
Bu çətinliklərlə üzləşməkdə tək deyilsiniz; biz sizə fəal dəstək verməyə hazırıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 02 Dekabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















