Icma.az
close
up
RU
Kallas: Ukrayna sonda NATO nun bir hissəsi olmalıdır

Kallas: Ukrayna sonda NATO nun bir hissəsi olmalıdır

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Avropa İttifaqının Xarici əlaqələr üzrə ali nümayəndəsi Kaja Kallasın sözlərinə görə, Ukraynanın NATO-ya gedən yolu dönməzdir və ona görə də gec-tez Ukrayna NATO-ya üzv olacaq.

Aİ-nin baş diplomatı bildirib ki, Ukraynanın NATO-ya üzvlüyü dönməzdir və üzvlüyün özü Ukrayna üçün təhlükəsizliyin ən yaxşı təminatıdır.

"Biz razılaşdıq ki, Ukraynanın NATO-ya gedən yolu... dönməzdir. Biz bununla razılaşdıq. Deməli, sonda Ukrayna da NATO-nun bir hissəsi olmalıdır", - Kallas əmindir.

"Təhlükəsizliyin ən güclü və əslində. ən ucuz təminatı NATO-ya üzvlükdür", - o vurğulayıb.

Kallasın fikrincə, “əgər bu (NATO-ya üzvlük – red.) birinci mərhələdə baş verməsə, o zaman təhlükəsizlik zəmanəti vermiş bütün ölkələr təhlükəsizliyə faktiki zəmanət vermək üçün yerdəki qoşunların, silah, sursat təchizatı ilə bağlı sualına cavab verməlidir”.

"Mən Münhendə Amerika nümayəndəsi ilə müzakirə apardım və o dedi ki, bilirsiniz, bizə güclü NATO lazımdır. Mən dedim ki, güclü NATO istəyirsənsə, o zaman Ukraynanı qəbul et. Çünki Avropanın malik olduğu ən güclü ordu Ukrayna ordusudur", - Kaja Kallas deyib.

Bundan əvvəl media Avropa Birliyinin Ukraynaya yaxın vaxtlarda elan etməyə hazırlaşdığı hərbi yardım paketinin həcminin 20 milyard avroya çata biləcəyini yazıb.

Mənbələr qeyd edib ki, yardım bəzi ölkələrin, xüsusən də Macarıstanın etirazını nəzərə alaraq, rəsmi Aİ paketi deyil, ayrı-ayrı üzv dövlətlərin birləşdirilmiş töhfələri şəklində gələcək.

S.ELAY

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:278
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Fevral 2025 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see389

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see361

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see306

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see285

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see281

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see274

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see263

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see256

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see255

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see240

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see230

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see228

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see225

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see222

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see220

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see216

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see215

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see211

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri