Icma.az
close
up
RU
Kamal Abdulla qadınlarla bağlı cavabı haqda Açıqlama yaydı

Kamal Abdulla qadınlarla bağlı cavabı haqda Açıqlama yaydı

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Mənim son müsahibəmdə qadınlarla bağlı dediyim fikirləri təəssüf ki, yarımçıq şəkildə “Qafqazinfo” saytının manşetinə çıxarıblar. Bu fikrə kontekstdə yanaşmaq lazımdır”​.

Bu sözləri Xalq yazıçısı, ADU-nun rektoru Kamal Abdulla “Qafqazinfo”da yayımlanan “Qadını evdə saxlayıb uşaqlarına baxmağa yönəltsək, daha çox xeyir gətirər” adlı müsahibəsində səsləndirdiyi və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan fikirləri haqda danışarkən deyib. 

“Kontekst isə ondan ibarətdir ki, elə qadınlarımız var, öz potensialından istifadə edərək cəmiyyətimizin müxtəlif istiqamətlərində öz işlərini və bacarıqlarını göstərirlər. Bu, bizim müasir həyatımızda öz əksini normal şəkildə tapıb. Mən müsahibədə heç bir qəribə fikir səsləndirməmişəm. Ona görə də, müsahibəni oxumayanlar, ancaq manşetdəki fikirdən çıxış etdikləri üçün, özlərinin anladıqları şəkildə qoyduqları fikrə tam layiqdirlər. Mənim Azərbaycan qadınına, Azərbaycan qadınının cəmiyyətdə tutduğu yerə münasibətim bütün yaradıcılığım üzrə özünü göstərib. Mən həmişə belə məsələlərə son dərəcə tolerant, son dərəcə normal münasibət bəsləmişəm. Azərbaycan qadınına olan humanist, mənəvi və yüksək münasibətimi həmişə göstərmişəm. Ana, qadın sevilməyə və hər cür itaətə layiq olan simvoldur”​, - o qeyd edib.

“Qafqazinfo” olaraq bir daha Kamal Abdullaya ünvanladığımız sualı və Xalq yazıçısının ona cavabını olduğu kimi təqdim edirik:

- Bir az insan münasibətlərindən də danışaq. Bəzi kişilər deyir ki, savadsız qadınla evlənmək, onunla yola getmək daha rahatdır, nəinki savadlı qadınla. Amma digərləri bunun əksini düşünür. Bəs siz nə düşünürsünüz? Ümumiyyətlə, Azərbaycan qadınının cəmiyyətdəki rolu nədir? 

- Qadın evdə oturub övladlarına, ailəsinə baxsa, daha yaxşıdır. Mən bu cür fikirləşirəm. Aralarından xüsusi istedadı nəticəsində üzə çıxıb özünü hansısa dairələrdə göstərə bilən qadınlar olarsa, o bir başqa məsələdir. Amma biz istiqamətimizi qadını evdə saxlayıb mətbəxdə və ev şəraitində uşaqlarına baxmağa yönəltsək, sanıram ki, bu, Azərbaycan cəmiyyətinə daha çox xeyir gətirə bilər.

Mədinə Useynova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 May 2026 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see397

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see375

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see361

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see331

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see301

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see282

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see276

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see271

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see269

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see262

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see243

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see242

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see236

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see235

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see230

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see216

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see212

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see210

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri