Kamal Əhmədov: Atletlər dünya və Avropa çempionatında iştirak üçün reytinq xalları qazanacaqlar
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"İki gün davam edəcək ölkə çempionatında Azərbaycanın ən güclüləri bəlli olacaq".
İdman.biz xəbər verir ki, bunu sözləri Azərbaycan Atletika Federasiyasının icraçı direktoru Kamal Əhmədov ölkə çempionatının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
İcraçı direktoru yarışda 17 komandadan 130 idmançının mübarizə apardığını bildirib: "Paytaxtla yanaşı Gəncə, Bərdə, Astara, Gədəbəy, İsmayıllı və digər regionlarımızdan idmançılar birincilik uğrunda mübarizə aparırlar. Onlar Niderlandda keçiriləcək Avropa və Çində təşkil olunacaq dünya çempionatında iştirak üçün reytinq xalları qazanacaqlar. Bu yarışlar seçmə xarakteri daşıyır. Reytinqə əsasən, ən güclü idmançılar aşkarlanacaq və normativlərə əsasən ölkəmizi həmin turnirlərdə təmsil edəcəklər".
Qeyd edək ki, ölkə çempionatına fevralın 1-də yekun vurulacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 31 Yanvar 2025 20:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















