Icma.az
close
up
RU
Kamal müəllim mahnını Aygün Kazımovanın oxumasını istədi

Kamal müəllim mahnını Aygün Kazımovanın oxumasını istədi

Icma.az, Axsham.az portalına istinadən məlumat verir.

Son günlər Xalq artisti Aygün Kazımovanın "Səndən nigaranam" mahnısı TikTok-da trendə düşüb. Sözügedən mahnının musiqisi "Kamal" təxəllüsü ilə bəstələrini dinləyicilərə təqdim edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərova, sözləri isə nəğməkar şair Baba Vəziroğluna məxsusdur. Baba Vəziroğlu mahnının tarixçəsi ilə bağlı Oxu24.com-a müsahibə verib.

Axşam.az həmin müsahibəni təqdim edir:

- Baba müəllim, istərdim ki, dünyaya səs salan ortaq işinizin tarixçəsindən danışaq. "Səndən nigaranam" necə yarandı?

- Bizim Kamal müəllimlə bildiyiniz kimi sıx əməkdaşlığımız var. Qayda belədir ki, Kamal müəllim melodiyanı yazır. Həmin melodiyanın üzərində mən sözləri yazıram. Bu, mahnı da belə oldu. Bir gün Kamal müəllim mənə melodiyanı təqdim etdi. Elə ilk andan melodiya məni tutdu. Mahnı 2000-ci  illərin əvvəlində  yarandı. Demək olar ki, təqdim olunduğu gündən dinləyicilər tərəfindən sevgi ilə qarşılandı. Daha sonra mahnının   məşhurluğu sərhədləri də aşdı.

- Mahnının ilk ifaçısı Xalq artisti Aygün Kazımova olub. Niyə məhz A.Kazımova. Bu kimin istəyi oldu?

- Bəli, mahnını ilk olaraq Aygün xanım ifa edib. İlk dəfə mahnı Muğam Mərkəzində mənim  yaradıcılıq gecəmdə Aygün  Kazımovanın ifasında  təqdim olundu. Daha sonra Aygün Kazımova onu öz albomuna əlavə etdi. Mahnı çox populyarlıq qazandı. Qaldı ki, mahnının niyə məhz Aygün xanıma verilməsi sualına, bu işlərə Kamal müəllim özü baxır. Həmişə də uğurlu seçimlər edib. Kamal müəllim özü istəmişdi ki, mahnını Aygün xanım ifa etsin.

- Dediniz ki, seçimləri Kamal müəllim özü edir. Bəs, bu mahnılara görə qonarrar ödənilirmi? Bu işlər necə həll olunur?

- Kamal müəllim bütün mahnıları müğənnilərə ödənişsiz təqdim edir. O, yaradıcı insandır. Bəstələr də içdən gələn əsərlərdir. Bu mahnıya görə də, Aygün xanımdan ödəniş alınmayıb. Mən də indiyə kimi müğənnilərdən mahnıya görə ödəniş almamışam. Əvvəllər bu qayda fərqli idi. Ödənişi bəstəkara, şairə dövlət özü edirdi. İndi yanaşma tam fərqlidir.

- Mahnı dünyaya çıxdı. Bunu kimin adına yazmaq olar?

- Bir gün bizə məktub gəldi ki, Özbəkistanın və Azərbaycanın Xalq artisti Nəsibə Abdullayeva Aygün Kazımovanın diskindən mahnını dinləyib. Çox bəyəndiyi üçün özü də "Nigaranam"ı ifa edib. Bizə həmin ifanı göndərdilər. Həm Kamal müəllim, həm də mən çox bəyəndik. Nəsibə xanım mahnını tam olaraq başqa formada, öz stilində oxumuşdu. Bu ifadan sonra mahnı dünyada məşhurlaşdı. Müxtəlif dillərdə, müxtəlif musiqi alətlərində yayıldı.

- Nəsibə xanımla bu ifadan sonra görüşünüz oldumu?

- Bəli,Azərbaycana gəlmişdi. Görüşümüz oldu, onu rayonlarımızdan birinə qonaq dəvət etdik. Çox səmimi görüş oldu.

- Etiraf edim ki, sözügedən mahnı, hətta mən onu əsər də adlandırardım... Mənim ən çox dinlədiyim mahnılardan biridir. Kimin ifasında desəniz, mən bu mahnını sevərəm. Bəs,sizin yanaşmanız necədir? "Səndən igaranam"ı kim daha yaxşı oxuyub?

- Bu suala tam səmimi olaraq cavab verirəm ki, hamısı... Çünki, hərənin öz boğazı, öz səsi, öz yanaşması var. Mən həqiqətən də onları seçə bilmərəm. Hamısı yaxşı ifa edib.

- Kamal müəllimlə əməkdaşlığınız hər zaman belə uğurlu alınır?

- Kamal müəllimlə uğurlu iş birliyimiz çoxdur. Mahnıları da demək olar ki, bütün Azərbaycan bilir. Bu əməkdaşlıqda cənab Prezidentin qızı Leyla xanımın da rolu var. Kamal müəllimin Leyla Əliyevanın babası, Ümumilli Lider Heydər Əliyevə həsr etdiyi şeirə yazdığı musiqi böyük sevgi qazandı. Söhbət Xalq artisti Ağadadaş Ağayevin ifa etdiyi "Dön geri" mahnısından gedir. Bu şeiri Leyla xanım rus dilində yazmışdı. Mənə təqdim olundu ki, tərcümə edim və Kamal müəllimin bəstəsinə uyğun sözləri yazım. Birlikdə işlədik. Dinləyicilərdən aldığımız mesajlara görə, mahnı çox uğurlu olub. İndiki dillə desək, trend olub. Leyla xanım özü də eşidəndə çox təsirlənmişdi.

- Baba müəllim, sonda yenə qayıdaq "Səndən nigaranam" mahnısına. Baba Vəziroğlu kimdən nigarandır ki, bu qədər təsirli sözləri yaza bilib?

Baxın, bizim millət, bizim Xalq həssasdır. Biz bir-birimizə çox bağlıyıq. Nigaranlıq təkcə doğmaların bir-birinə olan yaşadıqları anlar deyil. Mən misal üçün kəndimizdən, hətta orada yerləşən yaxınlarımın məzarlarından və s. nigaran ola bilərəm. Bu hissi ürəkdən yaşadığım üçün,sizin təbirinizcə desək, belə bir uğurlu sözlər alınıb. Qeyd edim ki, bu gün şefin (Red- Baba Vəziroğlu iş prosesində Kamal müəllimi belə adlandırır) doğum günüdür. Mən fürsətdən istifadə edib, Kamal müəllimi təbrik edirəm. Ona can sağlığı arzu edirəm. Dinləyicilər bizdən yeni mahnılar gözləsinlər. İşlərimiz çoxdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://axsam.az
archiveBu xəbər 15 İyul 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri