Icma.az
close
up
RU
Bu hücum heç bir halda... Kamaləddin Qafarov

Bu hücum heç bir halda... Kamaləddin Qafarov

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Martın 5-də günorta saatlarında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına aid hava məkanında baş verən hadisə regionun təhlükəsizlik arxitekturasına vurulan açıq zərbə kimi qiymətləndirilməlidir.

Axar.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkilinin fikrincə, İran ərazisindən qalxan pilotsuz uçuş aparatlarının Naxçıvanın mülki obyektlərini – hava limanı terminalını və Şəkərabad kəndində məktəbin yaxınlığını hədəfə alması təkcə hərbi-siyasi mesaj deyil, həm də beynəlxalq hüququn fundamental prinsiplərinə meydan oxumaqdır. “Mülki infrastrukturun vurulması heç bir halda “taktiki addım” kimi izah edilə bilməz. Bu, açıq şəkildə dinc əhaliyə risk yaradan davranışdır".

Fikirlərini davam etdirən K.Qafarov Azərbaycanın uzun illərdir regionda sabitliyin qorunmasına üstünlük verən xətt yürütdüyünü diqqət mərkəzinə gətirib: “Azərbaycanın ərazisindən nə İran, nə də başqa bir dövlət üçün təhlükə formalaşıb. Əksinə, çətin dönəmlərdə humanitar jestlər və siyasi dəstək nümunələri nümayiş etdirilib. Hətta bu günlərdə İranın ali rəhbərinin vəfatı zamanı Azərbaycan Prezidenti dərhal başsağlığı vermiş, diplomatik nümayəndəliyə baş çəkmiş və humanitar yardım imkanlarını nəzərdən keçirmişdi. Bu faktların fonunda pilotsuz aparatların məhz mülki obyektlərə yönəlməsi siyasi riyakarlığın kulminasiya nöqtəsi kimi görünür. Burada diqqət çəkən əsas məqam hədəfin seçilməsidir. Hava limanı mülki vətəndaşların istifadə etdiyi obyekt olduğu üçün beynəlxalq humanitar hüquqa görə xüsusi qoruma altındadır. Məktəb ətrafına düşən dron isə potensial olaraq uşaqların həyatını təhlükəyə atıb. Bu, sırf hərbi obyektə qarşı deyil, cəmiyyətin özünə qarşı yönəlmiş davranış təsiri bağışlayır. Ölkə prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir.

Millət vəkili bildirib ki, belə addım regionda etimadı sarsıdır və təhlükəli presedent yaradır. İran rəhbərliyinin bu qərarı siyasi uzaqgörənlikdən daha çox daxili böhranların xaricə ixracı cəhdi kimi görünür. Mülki infrastruktura zərbə endirmək güc nümayişi deyil, əksinə, strateji zəifliyin göstəricisidir. Güclü dövlətlər hər zaman yalnız məsuliyyətli davranış sərgiləyirlər. Məsuliyyətsiz addımlar isə yalnız təcrid və beynəlxalq qınaq doğurur. Tarix göstərir ki, regionda sabitliyi pozmağa yönəlmiş hər addım gec-tez onu atan tərəfin özünə qarşı çevrilir. Bu baxımdan, İranın seçdiyi yol nə hüquqi, nə də siyasi baxımdan dayanıqlı görünür. Regionun gələcəyi qorxu və təhdid üzərində deyil, qarşılıqlı hörmət və beynəlxalq hüquqa sadiqlik üzərində qurulmalıdır. İran isə hazırkı davranışı ilə məhz bunun əksini nümayiş etdirir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://axar.az
archiveBu xəbər 05 Mart 2026 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri