Kamandan oxatma üzrə ölkə birinciliyinin və çempionatının ilk mərhələsinin qalibləri bilindi
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə örtülü salonda keçirilən ölkə birinciliyi və çempionatında iki kateqoriya üzrə mübarizəyə yekun vurulub.
Fanat.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutan yarışın ilk mərhələsində idmançılar U-21 və böyüklər kateqoriyaları üzrə çıxış ediblər.
21 yaşadək idmançılar arasında qadınların mübarizəsində Fatimə Hüseynli qızıl, Aliyə Əliyeva gümüş, Lalə Almas bürünc medal qazanıb. Kişilərdə müvafiq mükafatlara Sərdar Vəliyev, Nurlan Rəhimli, Anar Cavadzadə sahib çıxıblar.
Böyüklərin yarışında Yaylagül Ramazanova qızıl, Fatimə Hüseynli gümüş, Dilguşə Sadıqova bürünc medala yiyələnib. Kişilərdə isə Məhəmmədəli Əliyev, Nurlan Rəhimli, Hüseyn Məhərrəmov fəxri kürsüyə qalxıblar.
Qaliblərə mükafatları Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov, Gənclər və İdman Nazirliyinin Strateji Təhlil Sektorunun müdiri Ülviyyə Hacıyeva və Azərbaycan Tibb Universitetinin Tədris İdman Mərkəzinin müdiri Qələndər Aslanov təqdim ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 16 Yanvar 2026 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















