Kamandan oxatma üzrə ölkə birinciliyinin və çempionatının açılışı olub
Sia Az saytına istinadən Icma.az xəbər verir.
Bakıda kamandan oxatma üzrə örtülü salonda ölkə birinciliyinin və çempionatının açılış mərasimi baş tutub.
Azərbaycan Kamandan Oxatma Federasiyasından SİA-ya verilən məlumata görə, qurumun baş katibi Fərid Xəlilov bildirib ki, ötən müddət ərzində federasiya tərəfindən idmançıların fiziki və texniki hazırlıqları, habelə yerli və beynəlxalq əhəmiyyətli yarışlarda iştirakının təmin edilməsi istiqamətində mühüm addımlar atılıb.
Gənclər və İdman Nazirliyinin Strateji Təhlil Sektorunun müdiri Ülviyyə Hacıyeva nazirlik tərəfindən idman sahəsində aparılan islahatların əhəmiyyətini qeyd edib. O, bu növ yarışların ölkədə idmanın kütləviliyinin artırılması və yüksək nailiyyətlər üçün sağlam rəqabət mühitinin yaradılması baxımından mühüm platforma olduğunu diqqətə çatdırıb.
Rəsmi hissədən sonra çempionatın təsnifat mərhələsi başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 14 Yanvar 2026 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















