Icma.az
close
up
RU
Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 13 oktyabr, AZƏRTAC

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni oktyabrın 13-də dünya mədəni irs abidələri sırasında yer alan İçərişəhərlə tanış olub.

AZƏRTAC xəbər verir ki, qonağın İçərişəhərdə gəzintisi tarixi memarlıq abidəsi olan Qız qalası ilə tanışlıqdan başlayıb. Xanım Piç Çanmoni qala divarlarının inşasının tarixi barədə məlumatlandırılıb.

Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Qız qalasının içərisinə daxil olan qonağa abidənin daxili strukturu, keçmişdəki funksiyası və arxeoloji tapıntılar barədə ətraflı məlumat təqdim edilib.

Gəzinti zamanı Kamboca Krallığının birinci xanımına UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə də ətraflı məlumat verilib. Qeyd olunub ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.

Qonaq İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində yaradılan “Dastan” brendi ilə də tanış olub. Ona bu brendin milli irsimizin qorunması və təşviqi istiqamətində həyata keçirilən layihələr, eləcə də təqdim olunan əl işləri və sənət nümunələri barədə ətraflı məlumat verilib.

Burada Kamboca Krallığının birinci xanımı öz rəssamlıq istedadını nümayiş etdirib.

Qonağa xatirə hədiyyəsi olaraq “Zadagan” brendinə məxsus İçərişəhərin ornamentlərinin əks olunduğu kəlağayı hədiyyə olunub.

Xanım Piç Çanmoni “BuxarArt” sənət məkanı ilə tanış olub, İçərişəhərin kiçik modelinin ağac üzərində işlənmiş forması qonağa hədiyyə edilib.

Qonaq İçərişəhərdə sakinlərin asudə vaxtlarını səmərəli keçirilməsi üçün yaradılan İcma Mərkəzi, həmçinin yaxın müddətdə abadlaşdırılan “İçiçəri” yaşıl ictimai məkan və Mir Teymur Məmmədovun ev-muzeyi ilə tanış olub. Qonağa muzey və buradakı əsərlər barədə ətraflı məlumat verilib.

Kamboca Krallığının birinci xanımı orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan “Şirvanşahlar Sarayı Kompleksi” ilə də tanış olub. Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır. Burada xanıma “Dastan” brendinə məxsus tablo hədiyyə olunub.

Gəzinti zamanı xanım Piç Çanmoniyə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” barədə də məlumat verilib. Bildirilib ki, muzey dünya çay mədəniyyətinin zənginliyini, müxtəlif xalqların məişət və sənət ənənələrini özündə birləşdirən nadir kolleksiyanı ilk dəfə sistemli ekspozisiya şəklində ictimaiyyətə təqdim edir.

Layihənin əsas özəlliklərindən biri dünya çay mədəniyyətinin Azərbaycanın qədim qonaqpərvərlik ənənələri ilə vəhdət təşkil etməsidir. Azərbaycan çay süfrəsinin ayrılmaz atributları olan samovar və armudu stəkanla yanaşı, ekspozisiyada qədim Şəki ərazisindən aşkarlanmış 3400 illik gil samovar da xüsusi yer tutur. Bu, kəklikotu, nanə və müxtəlif ədviyyatlarla hazırlanan dəmləmə mədəniyyətimizin çox qədim köklərə malik olduğunu sübut edir.

İçərişəhərlə tanışlıq xanım Piç Çanmonidə xoş təəssürat yaradıb.

Müxbir – Fidan Əlizadə

Fotoqraf – Orxan Kərimov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2026 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri