Kambocadan nə alırıq?
Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxışlarında ölkələr arasında ticarət dövriyyəsinin hələlik çox aşağı səviyyədə olmasına rəğmən rəsmi səfərdən sonra dövriyyənin artacağına əminlik ifadə edilib.
Kamboca ilə Azərbaycan arasında münasibətlərin 30 ildən artıq tarixi olsa da ticarət əlaqələrindəki dəyişiklik son illərə təsadüf edir. Bununla belə, uzaq Asiya ölkəsi ilə iqtisadi əlaqələrin genişləndirilməsi üçün potensial olduqca böyükdür.
2025-ci ildə Azərbaycan ilə Kamboca arasında ticarət dövriyyəsi 12.7 milyon dollar olub. Dövriyyə tamamilə Kambocadan idxaldır. Ötən il heç bir Azərbaycan məhsulu Kamboca bazarına daxil olmayıb. Yəni, Azərbaycanın Kambocaya ixracatı qeydiyyata alınmayıb. Oxşar tendensiya bu ilin ilk 8 ayında da müşahidə olunub. Kambocadan 7.2 milyon dollarlıq mal idxal etsək də hələ də bu ölkənin bazarına Azərbaycan məhsulu çıxarılmır.
Kamboca ilə ticarətimizə gəldikdə isə, 201 məhsul növü üzrə idxal həyata keçirilib. Bunlar qadınlar üçün kimyəvi saplardan palto, yarımpalto, bürüncək, plaş və analoji məmulatlar (1.075 milyon dollar), pambıq parçası ipliyindən toxunma şalvar, kombinezon (835 min dollar), kimyəvi saplardan sviter, pulover, jilet və analoji trikotaj məmulatlar (558 min dollar), kişilər üçün kimyəvi saplardan palto, yarımpalto, bürüncək, plaş və analoji məmulatlar (555 min dollar) və digər məhsullardır. Kambocadan idxalın əhəmiyyətli hissəsi yüngül sənaye məhsullarıdır.
Statistikadan göründüyü kimi, Azərbaycanın qeyri neft-qaz məhsullarının Kamboca bazarına ixrtacatı daha prioritetləşməkdədir. Azərbaycan Prezidenti və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxışlarında birgə ticarət işçi qrupunun yaradılmasını nəzərdə tutan çərçivə sazişinin hazırlanması barədə razılığa gəldindiyi bildirildi. Bu o deməkdir ki, Azərbaycan məhsulları yaxın zamanlarda Kamboca bazarına da daxil ola biləcək.
Vüqar Bayramov, Milli Məclisin deputatı
Bu mövzuda digər xəbərlər:Tayland Kambocadan atəşkəs elanı tələb etdi
17 Dekabr 2025 03:33
Palto, plaş, şalvar...Uzaq Kambocadan daha nə almışıq?
13 Oktyabr 2026 09:24
Türkmənistandan nə alırıq və nə satırıq?
09 Oktyabr 2026 10:56
Qırğızstandan hansı məhsulları alırıq və nə satırıq?
01 Sentyabr 2026 16:01
Özbəkistandan nə alırıq və qardaş ölkəyə nə satırıq? Rəy
24 Avqust 2026 11:32
Baxış sayı:100
Bu xəbər 13 Oktyabr 2026 09:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















