Kamera və Orqan Musiqisi Zalının səhnəsində Orqan musiqisi axşamı keçirilib FOTO
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində Orqan musiqisi axşamı keçirilib.Öncəliklə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, musiqişünas Güllü İsmayılova dinləyiciləri konsertlə bağlı ətraflı məlumatlandırıb.
Bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə solist - Respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, Royal College of music London və Norwegian Academy of Music məzunu Nigar Qəhrəmanova öz ifasını dinləyicilərə təqdim edib.
Proqramda H.Schmidt orqan və orkestr üçün konsert, S.İbrahimova orqan və orkestr üçün konsert və J.Laukvik'in orqan və orkestr üçün konserti səslənib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 07 Dekabr 2024 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















