“Kamp Nou”da hansı yeniliklər olacaq?
Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Kamp Nou”da yaxın gələcəkdə bir sıra yeniliklər olacaq.
"Football-plus.az" xəbər verir ki, “Barselona” rəhbərliyi şəhər şurasından stadion üçün “1C” lisenziyası alıb. Bu icazə stadionun azarkeş tutumunu hazırkı 45 mindən 62 minə qədər artırmağa imkan verəcək.
Klubun mətbuat xidmətinin məlumatına görə, tikintinin bu mərhələsində əsasən stadionun birinci və ikinci yarusları arasında yerləşən VIP zonalar və gözləmə zallarının inşası tamamlanacaq.
Layihənin bu mərhələsinin ən maraqlı yeniliklərindən biri isə stadionun cənub hissəsində azarkeş tribunası üçün nəzərdə tutulan yeni zonanın yaradılmasıdı. Arenanın açılış ilinin şərəfinə “Qol 1957” adlandırılan bu bölmə matçlar zamanı azarkeş dəstəyini və atmosferi daha da gücləndirmək məqsədi daşıyır.
Xatırladaq ki, yenidənqurma işləri tam başa çatdıqdan sonra “Kamp Nou”nun ümumi tutumunun 105 minə çatdırılması planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 17 Mart 2026 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















