Icma.az
close
up
RU
Kamran Ağayev vəzifəsindən getdi İRİA da kütləvi ixtisarlar var?

Kamran Ağayev vəzifəsindən getdi İRİA da kütləvi ixtisarlar var?

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son zamanlar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) ardıcıl kadr dəyişiklikləri və kütləvi ixtisarların olması ilə bağlı iddialar yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, qısa müddətdə xeyli sayda peşəkar və ixtisaslı əməkdaşların, departament rəhbərlərinin qurumdan uzaqlaşdığı müşahidə olunur. Bəzilərinin isə ərizələrinin alındığı bildirilir: “Bu gün öyrəndim ki, nəinki ölkədə, hətta qlobal səviyyədə tanınmış peşəkarlardan biri olan, İRİA-da Data İdarəetməsi departamentinin rəhbəri Kamran Ağayev də qurumdakı vəzifəsindən istefa verib. Düzü, anlamaq olmur ki, İRİA-da nələr baş verir. Bir neçə gün öncə isə bu qurumun HR departamentinə yeni rəhbərin təyin olunduğu bildirilirdi. Maraqlıdır ki, bir müddət öncə müavin vəzifəsini tutan Rəşad Xalıqov da buradakı işindən ayrılıb.

Əgər qurumda davamlı olaraq komanda dağılır, peşəkarlar ayrılır, amma paralel olaraq ölçülə bilən nəticələr görünmürsə, demək ki, nələrsə düz getmir. Bu artıq təkcə kadr məsələsi deyil - strateji fokus, idarəetmə modeli və prioritetlər məsələsidir.

İRİA ölkənin innovasiya siyasətində əsas qurumlardan biri olmalıdır. Ona görə də burada baş verənlər təkcə bir idarədaxili proses deyil, bütövlükdə ölkənin gələcək texnoloji inkişaf tempinə təsir edən məsələdir”.

Məsələ ilə bağlı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq Kamran Ağayevin işdən çıxdığı təsdiqlənsə də, kütləvi ixtisarların olmadığı bildirildi: “İRİA-da hazırda hər hansı kütləvi ixtisar prosesi həyata keçirilmir və mənfi məzmunlu struktur dəyişiklikləri baş vermir. Bunun əksinə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası çərçivəsində Agentliyin institusional potensialının gücləndirilməsi, o cümlədən peşəkar və ixtisaslı kadrların cəlb olunması istiqamətində işlər davam etdirilir.

Eyni zamanda qeyd etmək istərdik ki, İRİA-da kadr siyasəti daim peşəkarlıq, effektivlik və layihələrin prioritetliyinə uyğun şəkildə həyata keçirilir və proseslərə daim həssaslıqla yanaşılır.

Kamran Ağayevlə bağlı məsələyə gəldikdə isə bildiririk ki, o, Agentlikdə fəaliyyət göstərdiyi müddət ərzində data idarəetməsi və süni intellekt sahələrində bir sıra mühüm təşəbbüslərin reallaşdırılmasına dəyərli töhfələr verib. Kamran Ağayev Agentlikdə əlavə iş yeri olaraq fəaliyyət göstərib və öz şəxsi qərarı əsasında Agentlikdən ayrılıb. Gələcəkdə Kamran Ağayev və İRİA arasında müxtəlif layihə və təşəbbüslər çərçivəsində əməkdaşlıq imkanlarının davam etdirilməsi istisna olunmur”.

Qeyd edək ki, K.Ağayev 2023-cü ilin iyununda İRİA-da Data İdarəetməsi departamentinin direktoru təyin olunmuşdu.

Gülnar Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Aprel 2026 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see601

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see291

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see238

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see215

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see208

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see207

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri