Icma.az
close
up
RU
Kamran Bağırov Qarabağın Ermənistana birləşməsinə qərar vermiş iclasa necə gəlib?

Kamran Bağırov Qarabağın Ermənistana birləşməsinə qərar vermiş iclasa necə gəlib?

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

Azərbaycan Kommunist Partiyasının sabiq birinci katibi Kamran Bağırov 1988-ci ilin fevralında Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Sovetinin Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul etdiyi sessiyasında  iştirak edib.

AzPost bildirir ki, bu barədə Ermənistanın sabiq prezidenti Robert Köçəryan memuarlarını yazdığı “Həyat və azadlıq” kitabında qeyd edib.

Xatırladaq ki, 20 fevral 1988-ci il tarixində DQMV-nin Xalq Deputatları Sovetinin sessiyasında Dağlıq Qarabağın Azərbaycan SSR-dən Ermənistan SSR-nin tərkibinə keçməsi barədə qərar qəbul edilib. Bu qərar çox böyük rezonans doğurub və Qarabağ probleminin kəskinləşməsində öz mənfi rolunu oynayıb.

Koçaryan öz memuarında həmin iclas və onun ətrafında baş verənlər barədə yazıb. Onun yazdığından məlum olur ki, hələ 1987-ci ilin dekabrın 1-də Dağlıq Qarabağdan olan nümayəndə heyəti Moskvaya gedərək DQMV-in Ermənistana birləşdirilməsi üçün minlərlə ermənin imzaladığı müraciəti Sov.İKP Mərkəzi Komitəsinin qəbul otağına təqdim ediblər.

Bir aydan sonra- 1988-ci ilin yanvarında Moskvaya daha bir nümaynədə heyəti yola düşüb: “Mərkəzi Komitədə bzim nümayəndələrə cavab verərək demişdilər ki, baş verənlərə anlayışla yanaşırlar. Ancaq bu məsələyə yalnız sosial-iqtisadi müstəvidə baxılacaq. Bildirmişdilər ki, SSRİ-də buna bənzər iyirimiyə yaxın problem var. Onlardan biri barədə qərar verilsə bu zəncirvari reaksiya doğuracaq” –deyə sabiq prezident qeyd edib.

Onun yazdığından məlum olur ki, Moskvadan gələn məlumat ermənilər arasında ruh yüksəkliyi yaratmayıb. Əksnə gərginliyi daha da artırıb. Qarabağda ermənilərin kütləvi mitinqləri və nümayişləri başlanıb: Dağlıq Qarabağın bütün dövlət müəsissələrində kollektiv yığıncaqlarında, ilk partiya təşkilatlarında müzakirələr gedirdi. Mövzu bir idi: Dağlıq Qarabağın Ermənistana verilməsi…”

Yığıncaqlar bir-birinin dalınca yekdilliklə qərar qəbul edirlər: “Yuxarı orqanlardan DQMV-in Ermənistana birləşdirilməsi məsələsini həll etməyi xahiş edirik”.

Bundan sonra Azərbaycan rəhbərliyi hərəkətə keçir. Bakı Dağlıq Qarabağa məsul şəxslər göndərmək qərarını qəbul edir.

“Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsindən müxtəlif məsul şəxslər gələrək mitinqləri dayandırmaq üçün bizi dilə tutmağa çalışırdılar. Onlar bir az özlərini itirmiş kimi görünürdülər. Bakıda nə etmək lazım olduğunu bilmirdilər”- deyə Koçaryan yazıb.

1988-ci il fevralın ortalarında sovet ordusunun hissələri Xankəndinə (keçmiş Stepanakertə) yeridilir. Bakı isə şəhərə ətraf rayonlardan əlavə milis qüvvələri göndərir.

Koçaryan qeyd edir ki, Dağlıq Qarabağda bütün şəhər küçəyə çıxdı və mitinqlər müddətsiz keçirilməyə başlandı: “Əsas tələb DQMV Xalq Deputatları Sovetinin deputatlarının sessiyasını çağırmaq və DQMV-in Ermənistana birləşdirilməsi barədə qərar qəbul etmək idi”.

Fevralın 20 -də  növbədənkənar sessiyasının çağırılması üçün vilayət sovetinin deputatlarının imzalarının yığılması başlanır. Sessiyanın gündəliyində bir məsələ – DQMV-in Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə keçmək barədə qərar vermək salınmışdı:  “Bu imzaları yığmaq çətin olmadı” –deyə Koçaryan vurğulayıb.

Fevralın 19-da Azərbaycan SSR-nin rəsmi agentliyi “Azərinform” məlumat yayır ki, Sov. İKP Mərkəzi Komitəsi heç bir ərazi məsələlərini müzakirə etməyib və belə müzakirələrə də hazırlaşmır.

Buna etiraz olaraq Dağlıq Qarabağda tətil elan olunur. Bu SSRİ-də görünməmiş bir addım idi.

Səhəri gün Azərbaycan Kommunist Partiyasının birinci katibi Kamran Bağırov, Yaşin və digər vəzifəli şəxslər Stepanakertə gəlirlər. Onlar Vilayət Sovetinin sessiyasını keçirilməsinin qarşısını almağa çalışıblar.

Kamran  Bağırov güc strukturlarına deputatların iclasa gəlməsinin qarşısını almağa göstəriş verir.

Koçaryan yazır ki,  biz dolanbac yollarla deputatları gətirərək sessiyanın baş tutmasını təmin etdik: “Axşam kvorumu təmin edə bildik. Saat 21.00-da sessiya başladı. Vilayət Sovetinin meydanı adamla dolu idi. Qəfildən heç kimin gözləmədiyi halda sessiyaya Kamran Bağırov, Yaşin, DQMV-in rəhbəri Boris Kevorkov və Vilayət Sovetinin digər məsul şəxsləri gəldi. İlk olaraq  Kamran Bağırov çıxış etdi. O xalqlar dostluğu,  qardaşlığından danışdı. Dedi ki, biz 70 ildir bir yerdə Azərbaycanın tərkibində yaşayırıq. Daha sonra Bağırov sərt şəkildə dedi ki, bir qrup məsuliyyətsiz millətçi xalqı ağılsız addım atmağa təhrik edir.  O vəd etdi ki, yaxın zamanlarda Vilayətlə bağlı buraxılmış səhvləri düzəldəcəklər. Qeyd etdi ki, sessiyanın ərazi məsələlərini həll etmək hüququ yoxdur və Qarabağ Azərbaycanın tərkibində qalacaq”.

Bu çıxışdan sonra erməni deputatlar danışmağa başlayıb.

Onlar sessiyanın bütün məsələlər üzrə qərar qəbul etməyə səlahiyyəti olduğunu iddia ediblər: “Kamran Bağırov çıxış edənlərin sözünü tez-tez kəsir, problemlərin həll olunacağını deyirdi.  Amma sessiyanın yönünü dəyişdirə bilmədilər”.

Bundan sonra Kamran Bağırov və digərləri sessiyanı tərk edirlər. Azərbaycanın siyasi rəhbərliyi iclas zalından çıxdıqdan sonra sessiya isə Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana birlşdirilməsi barədə qərarı qəbul edir.

Fevralın 21-də isə Sov.İKP-nin Siyasi Bürosunun  “Dağlıq Qarabağdakı hadisələrə dair” qətnaməsi  çıxır. Sənəddə DQMV Vilayət Sovetinin qəbul etdiyi qərarın “ekstremistlərin və millətçilərin fəaliyyəti nəticəsində qəbul edildiyi” vurğulanırdı.

Bu qərardan sonra Dağlıq Qarabağda vəziyyət gərginləşir.

2 gün sonra Əsgəran rayonu ərazisində Ağdam və Əsgəran rayonunun azərbyacanlı sakinlərinin dinc nümayiş başlanır. Burada ermənilər atəş açaraq 2 azərbaycanlı gənci qətlə yetirirlər.

Bununla da Qarabağ münaqişəsində ilk qan tökülür.

Azərbaycan hakimiyyəti ilk vaxtlar münaqişənin xalqdan gizli saxlamağa çalışıb. 1987-ci ilin sonları və 1988-ci ilin fevralına qədər olan müddət ərzində çox dar çərçivədə Ermənistanda və Qarabağda açıq erməni iddialarının başlanması barədə məlumat olub.

Azərbaycan Ali Sovetinin sabiq deputatı Maksim Musayev 1998-ci ildə mərhum Kamran Bağırovla bağlı görüşü barədə KİV-ə müsahibəsində danışarkən deyib ki, sabiq birinci katib 1988-ci ildə Xankəndində etdiyi səfərini xatırladıb və problemin həlli üçün lazımi qətiyyət göstərmədiklərini etiraf edib: “Gərək biz o vaxt Moskvanın göstərişlərinə baxmayıb erməni separatçılığına qarşı qəti mövqe tutaydıq, onları yerində oturdaydıq. Gərək mən 1988-ci ilin fevralında Xankəndində elə çıxış edəydim, elə qəti mövqe tutaydım ki, ermənilər lap məni güllələydilər. Bəlkə də onda məsələ bu dərəcədə böyüməz, torpaqlar işğal olunmazdı”. 

Kamran Bağırov 1982-88-ci illərdə Azərbaycana rəhbərlik edib. Qarabağ probelminin dalğası onu hakimiyyətdən salıb. 1988-ci ilin mayında onu xələfi, diplomat Əbdürrəhman Vəzirov əvəz edib.

Azpost.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azpost.info
archiveBu xəbər 25 Yanvar 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see237

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see226

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see172

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see160

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see157

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see150

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see146

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see137

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see135

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see129

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see124

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see124

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see122

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see121

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see120

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see120

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri