Icma.az
close
up
RU
Kamran Əliyev İƏT ə üzv dövlətlərin Baş prokurorlarının Daşkənddə keçirilən 6 cı iclasında iştirak edib

Kamran Əliyev İƏT ə üzv dövlətlərin Baş prokurorlarının Daşkənddə keçirilən 6 cı iclasında iştirak edib

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verildiyi kimi Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda rəsmi səfərdədir.

Baş Prokurorluqdan verilən məlumatda bildirilib ki, nümayəndə heyəti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şərəfinə Özbəkistanın Daşkənd şəhərində salınmış meydanı ziyarət edib, orada dünya şöhrətli siyasi xadimin abidəsinin önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad edib.

Daha sonra nümayəndə heyəti, ölkəmizin Özbəkistan Respublikasındakı səfirliyinə gələrək, səfirliyin əməkdaşları ilə görüşüb.

Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Baş prokurorlarının Daşkənddə keçirilən 6-cı iclasında iştirak edib.

Baş prokuror çıxışında ekologiya və ətraf mühitin qorunması sahəsində qanunun aliliyinin təmin olunmasında prokurorluq orqanlarının roluna toxunaraq ekoloji cinayətlərin qlobal problemə çevrildiyini vurğulayıb. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi tədbirlər, xüsusilə də COP29-un Bakıda uğurla təşkil olunması və “Baku Call to Action” təşəbbüsünün qəbul edilməsinin regional və beynəlxalq əməkdaşlıq üçün əhəmiyyətli hüquqi əsas yaratdığı diqqətə çatdırılıb.

Baş prokuror həmçinin bildirib ki, Azərbaycanın Baş Prokurorluğu dövlət orqanları ilə sıx əməkdaşlıq şəraitində ekoloji qanunvericiliyin icrasına nəzarəti həyata keçirir, təbiətə vurulan ziyanın aradan qaldırılmasını təmin edir və bu sahədə beynəlxalq tərəfdaşlarla təcrübə mübadiləsinə xüsusi önəm verir.

Vurğulanıb ki, Xəzəryanı ölkələr kimi, Xəzər dənizinin ekologiyasına qarşı törədilən cinayətlərlə mübarizədə də birgə səylərin gücləndirilməsi vacibdir.

Tədbir çərçivəsində həmçinin “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 6-cı iclasının Daşkənd Bəyannaməsi” qəbul olunub.

Bəyannamədə üzv dövlətlərin prokurorluq orqanlarının cinayətkarlıqla, xüsusilə korrupsiya və ekoloji cinayətlərlə mübarizədə rolunun gücləndirilməsi, kiber və maliyyə cinayətlərinə qarşı regional əməkdaşlığın artırılması, həmçinin davamlı inkişaf və ətraf mühitin qorunması sahəsində birgə fəaliyyətin vacibliyi vurğulanıb.

Səfər zamanı Baş prokuror tərəfindən xarici həmkarlarla ikitərəfli görüşlər də keçirilib. Tacikistan Respublikasının Baş prokuroru Həbibullo Vohidzoda ilə ikitərəfli görüşdə ölkələrimiz arasında yüksək səviyyəli münasibətlər, hüquq mühafizə orqanlarının əməkdaşlığı, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi məsələləri müzakirə olunub. 

Tərəflər transsərhəd cinayətkarlıq və digər çağırışlarla mübarizədə birgə fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

İran İslam Respublikasının nümayəndə heyəti ilə keçirilmiş görüşdə hər iki ölkənin prokurorluq orqanları arasında mövcud əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması və hüquqi yardım mexanizmlərinin səmərəli tətbiqi məsələləri müzakirə olunub. 

Tərəflər həmçinin regional sabitliyin möhkəmləndirilməsi, terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər transmilli cinayətlərlə mübarizə sahəsində birgə addımların əhəmiyyətini xüsusi vurğulayıblar.

İkitərəfli görüşlərdə, həmçinin, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, ekstradisiya, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, korrupsiya cinayətləri və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Nümayəndə heyətinin səfəri başa çatıb.

Nurəngiz Adilqızı

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Sentyabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see170

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see148

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see141

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see133

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see132

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see129

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri