Icma.az
close
up
RU
Kamran Əliyev ŞƏT ə üzv dövlətlərin Baş prokurorlarının 24 cü iclasında

Kamran Əliyev ŞƏT ə üzv dövlətlərin Baş prokurorlarının 24 cü iclasında

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məlumat verildiyi kimi, Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasında rəsmi səfərdədir.

Bakıvaxtı.az xəbər verir ki, səfər çərçivəsində oktyabrın 1-də Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Kazan şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında iştirak edib. 

İclasda “Ənənəvi ailə dəyərlərinin qorunması və yetkinlik yaşına çatmayanlar arasında qanunazidd məzmunun yayılmasının qarşısının alınması” mövzusunda çıxış edən Kamran Əliyev Azərbaycan Respublikasında ailə və uşaqların müdafiəsinin möhkəm konstitusion və qanunvericilik əsaslara malik olduğunu bildirib.

Baş prokuror qeyd edib ki, cəmiyyətin əsas özəyi olan ailə dövlətin xüsusi himayəsindədir, uşaqların hüquqlarının, qanuni mənafelərinin və təhlükəsizliyinin təmin olunması isə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Daha sonra o, uşaq hüquqlarının müdafiəsi, həmçinin azyaşlıların cinayətkar fəaliyyətə cəlb edilməsinin qarşısının alınması istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən tədbirlər barədə geniş məlumat vermişdir.

Habelə tədbir çərçivəsində 1 Oktyabr - Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günü Azərbaycan Respublikası Prokurorluq orqanları əməkdaşları və veteranları rəsmi olaraq təbrik edilib.

Tədbir çərçivəsində Baş prokuror Kamran Əliyevlə Tacikistan Respublikasının Baş prokuroru Həbibullo Vohidzoda arasında ikitərəfli görüş keçirilib.

Görüşdə iki ölkənin prokurorluq orqanları arasında mövcud əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilib, hüquqi əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılaraq, yeni əməkdaşlıq proqramının hazırlanaraq imzalanması barədə razılıq əldə edilib.

Səfər çərçivəsində, həmçinin Baş prokuror Kamran Əliyevlə Qırğız Respublikasının Baş prokuroru Malik Bekturqanov arasında görüş keçirilib. 

Tərəflər prokurorluq orqanları arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərini müzakirə edərək, ikitərəfli və çoxtərəfli formatlarda qarşılıqlı fəaliyyətin bundan sonra da davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər. 

Qırğız tərəfi prokurorluq orqanlarının fəaliyyətinin elektronlaşdırılması və rəqəmsallaşdırılması, eləcə də kibercinayətlərə qarşı mübarizə sahəsində ölkəmizin təcrübəsini öyrənməkdə maraqlı olduqlarını bildirib.

Bundan əlavə, Baş prokuror Kamran Əliyevlə MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının yeni təyin olunmuş icraçı katibi Aleksandr Gennadyeviç Bajenov arasında da görüş keçirilib. Baş prokuror Aleksandr Bajenovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, prokurorluq orqanlarında qazandığı peşəkar təcrübənin Şuranın fəaliyyətinə əlavə töhfə verəcəyinə əminliyini bildirib. Azərbaycanın BPƏŞ-in fəaliyyətində fəal iştirakı, o cümlədən, qurum çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.  

Tədbir müddətində, həmçinin Baş prokuror Belarus, Qazaxıstan, Özbəkistan, Monqolustan, Səudiyyə Ərəbistanı, Türkiyə və digər ölkələrdən olan həmkarları ilə işçi görüşlər keçirərək qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmişlər.

Səfər çərçivəsində Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov Rusiya Federasiyası Prokurorluğunun Universitetinin Kazan hüquq İnstitutunda “Prokurorluğun rəqəmsal transformasiyası və peşəkar məsuliyyət” mövzusunda mühazirə ilə çıxış edərək Azərbaycan Prokurorluğunun bu sahədə təcrübəsi barədə dinləyicilərə geniş məlumat vermiş, panel müzakirələrdə iştirak edərək dinləyicilərin suallarını cavablandırmışdır.

Bununla da Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndə heyətinin Rusiya Federasiyasına rəsmi səfəri başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 Oktyabr 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri