Kamran Əliyev İƏT ə üzv dövlətlərin Baş prokurorlarının 7 ci iclasında iştirak edib
Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Baş prokuror Kamran Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Baş prokurorlarının 7-ci iclasında iştirak edib.
Bu barədə Newscenter.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana rəsmi səfərə gedib.
Tədbirdə çıxış edən Kamran Əliyev bildirib ki, Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və dövlətin strateji prioritetlərindən biri kimi müəyyənləşdirilən rəqəmsal transformasiya kursu hazırda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Diqqətə çatdırılıb ki, cari ilin fevral ayında yaradılmış və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrlik etdiyi Azərbaycan Rəqəmsal İnkişaf Şurasının əsas məqsədləri ölkənin texnoloji potensialının və rəqəmsal suverenliyinin gücləndirilməsi, habelə innovasiyalara əsaslanan iqtisadi modelə keçidin təşviqindən ibarətdir.
Baş prokuror Azərbaycanın bu sahədə mühüm nailiyyətlərindən biri kimi 2021-ci ildə Prezidentin Fərmanı ilə yaradılmış "Elektron Prokurorluq" İnformasiya Sistemini (EPİS) qeyd edib. Bildirilib ki, EPİS hazırda elektron sənəd dövriyyəsi, istintaq, dövlət ittihamı, beynəlxalq hüquqi əməkdaşlıq, cinayətlərin xəritələşdirilməsi və elektron sorğular üzrə modulları əhatə edir. Bu modulların bir neçəsində süni intellekt texnologiyalarından istifadə olunur. Sistem, həmçinin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilib.
Səfər çərçivəsində Baş prokuror xarici həmkarlarla bir sıra ikitərəfli görüşlər də keçirib.
İranın nümayəndə heyəti ilə görüşdə Baş prokuror Məhəmməd Kazım Movahedi-Azad regionda baş verən son hadisələr fonunda Azərbaycan tərəfindən göstərilən humanitar yardımlara görə ölkə başçısı İlham Əliyevə xüsusi minnətdarlığını bildirib.
Daha sonra iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, peşəkar təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi, habelə qarşılıqlı hüquqi yardım mexanizmlərindən daha səmərəli istifadə imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, terrorçuluğa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və digər transmilli cinayətkarlıq formalarına qarşı mübarizədə birgə fəaliyyətin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Pakistanın Baş prokurorunun müavini Umer Aslam Khanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən ikitərəfli görüşdə ölkələr arasında mövcud yüksək səviyyəli münasibətlər, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın inkişaf perspektivləri, habelə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi məsələləri müzakirə olunub.
İkitərəfli görüşlər zamanı, həmçinin cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, ekstradisiya, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə, korrupsiya cinayətləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətinin səfəri başa çatıb.
Anar
Bu mövzuda digər xəbərlər:Kamran Əliyev İƏT ə üzv dövlətlərin Baş prokurorlarının Daşkənddə keçirilən 6 cı iclasında iştirak edib
26 Sentyabr 2025 13:04
Kamran Əliyev ŞƏT ə üzv dövlətlərin Baş prokurorlarının 24 cü iclasında
02 Oktyabr 2026 12:27
Kamran Əliyev MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edib
30 Sentyabr 2026 18:16
Kamran Əliyev İƏT baş katibi ilə görüşüb
14 Noyabr 2024 10:51
Baxış sayı:149
Bu xəbər 14 Sentyabr 2026 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















