Icma.az
close
up
RU
Dohada İƏT ə üzv dövlətlərin Əmək Nazirlərinin 6 cı Konfransı keçirilir Fotolar

Dohada İƏT ə üzv dövlətlərin Əmək Nazirlərinin 6 cı Konfransı keçirilir Fotolar

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qətərin paytaxtı Doha şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Əmək Nazirlərinin 6-cı Konfransı keçirilir. Konfrans “Yerli Təcrübələr, Qlobal Nailiyyətlər: İslam Dünyasında Uğurlu Hekayələr” mövzusuna həsr olunub.

“Qafqazinfo” xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev İƏT-in fəal üzvü olan Azərbaycanın dünyada İslam həmrəyliyinin və dəyərlərinin təbliğində mühüm rolunu vurğulayıb.

A.Əliyev ölkəmizin son illər təşkilatın bir sıra yüksək səviyyəli tədbirlərinə, o cümlədən 2013 və 2023-cü illərdə Əmək Nazirlərinin Konfransına ev sahibliyi etdiyini bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə İƏT-in Bakıda yaradılan və ötən il fəaliyyətə başlayan Əmək Mərkəzinin üzv ölkələr arasında əlaqələrin inkişafında önəmini, Mərkəzin ötən ay keçirdiyi beynəlxalq tədbirləri diqqətə çatdırıb.

Nazir son altı ildə Azərbaycanda beş sosial islahat paketinin icra edildiyini deyərək bildirib ki, işçi hüquqlarının qorunması və əməyin mühafizəsi ölkəmizdə əsas prioritetlər sırasındadır. Azərbaycan Beynəlxalq Əmək Təşkilatının 59 konvensiyasını, bir protokolunu ratifikasiya edib və hazırda daha dörd konvensiyanın da ratifikasiya imkanları nəzərdən keçirilir. Həmçinin qadınlar üçün məşğulluq imkanlarının  artırılması sahəsində son illər mühüm irəliləyişlər əldə edilib. Dünya Bankının “Qadınlar, Biznes və Hüquq” hesabatına əsasən, Azərbaycan dünya miqyasında öz reytinqini 104-cü yerdən 69-cu yerə yüksəldib.

Anar Əliyev ölkəmizdə qeyri-rəsmi məşğulluğa qarşı mübarizə tədbirlərinin müsbət nəticələrini, əmək bazarındakı müasir çağırışlara uyğun tətbiq edilən yeni məşğulluq xidmətlərini qeyd edib. O, iş yerlərinin yaradılmasını dəstəkləyən yeni aktiv məşğulluq proqramlarına başlandığını diqqətə çatdırıb. Bildirib ki, işçi qüvvəsinin bacarıqlarının inkişafına yönəlmiş peşə hazırlığı proqramı və gəncləri gələcək əmək bazarına hazırlamaq üçün peşəyönümü xidmətləri genişləndirilərək təkmilləşdirilib və artıq beynəlxalq əmək bazarının tələblərinə uyğun 1400-ə yaxın peşə və ixtisas standartı hazırlanıb.

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstərilən 159 xidmətin 90 faizdən çoxunun rəqəmsal qaydada təqdim edildiyini bildirən nazir DOST modelinin uğurlarını, bu modelin Azərbaycanın yeni milli brendinə çevrildiyini vurğulayıb. O, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini, işğaldan azad edilmiş ərazilərimizə köçürülmüş sakinlər üçün həyata keçirilən məşğulluq tədbirlərini qeyd edib. Əmək və sosial müdafiə sahəsində uğurlu təcrübələrimizi İƏT-ə üzv dövlətlərlə bölüşməyə və təcrübə mübadiləsi aparmağa hazır olduğumuzu vurğulayıb.

Konfrans çərçivəsində Anar Əliyev Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhan, Səudiyyə Ərəbistanı Krallığının insan resursları və sosial inkişaf nazirinin birinci müavini Abdullah Abuthnain və İordaniya Haşimilər Krallığının əmək naziri Xaled Al Bakkar ilə görüşüb.

Görüşlərdə sosial islahatlar, məşğulluq proqramlarının icrası, habelə əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin bacarıqlarının, rəqabət qabiliyyətinin artırılması prosesində təcrübə və məlumat mübadilələrinin əhəmiyyəti vurğulanıb. Sosial sahədə ikitərəfli əməkdaşlığın mövcud vəziyyətinə və gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.







Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri