Kamran Əliyev İqor Krasnovla görüşdü
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın baş prokuroru Kamran Əliyev rusiyalı həmkarı İqor Krasnov ilə görüşüb.
Axar.az Report-a istinadən xəbər verir ki, görüşdə Krasnov azərbaycanlı həmkarını ətraf mühitin mühafizəsi sahəsində nəzarət və hüquq-mühafizə orqanlarının səylərini birləşdirməyə çağırıb.
Onun sözlərinə görə, Rusiya Azərbaycan prokurorluğunun iqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının işini aktivləşdirmək təşəbbüsünü alqışlayır və bununla bağlı Bakıda keçirilən COP29 iqlim konfransının əhəmiyyətini qeyd edir.
“Şübhə etmirəm ki, prokurorluq orqanlarının potensialı bu məsələnin həlli üçün lazımlı olacaq”, - Rusiyanın baş prokuroru deyib.
O, nümunə kimi Xəzər regionu ölkələri arasında ekoloji təhlükəsizlik üzrə əməkdaşlığı göstərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 16 Noyabr 2024 01:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















