Icma.az
close
up
RU
Kamran Əliyev Rusiyada xaricdən aktivlərin qaytarılmasından DANIŞDI

Kamran Əliyev Rusiyada xaricdən aktivlərin qaytarılmasından DANIŞDI

Icma.az, Lent az saytına istinadən bildirir.

Məlumat verildiyi kimi, Baş prokuror Kamran Əliyev Rusiya Federasiyasında rəsmi səfərdədir.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, səfər çərçivəsində sentyabrın 30-da Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi, tərkibinə Azərbaycan Respublikasının hərbi prokuroru-baş prokurorun müavini Bəhruz Əhmədovun da daxil olduğu nümayəndə heyəti Kazan şəhərində MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 36-cı iclasında iştirak edib.

İclas çərçivəsində MDB məkanında prokurorluq orqanları arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, cinayətkarlıqla mübarizə, qanunçuluğun və hüquq qaydasının təmin olunması, habelə beynəlxalq hüquqi əməkdaşlığın aktual məsələləri müzakirə edilib. 

İclasda Kamran Əliyev “Xaricdən aktivlərin qaytarılması sahəsində müasir çağırışlar və yeni həllər” mövzusunda çıxış edərək, cinayət yolu ilə əldə edilmiş aktivlərin xarici yurisdiksiyalardan qaytarılması sahəsində mövcud çağırışlar, bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və praktiki mexanizmlərin təkmilləşdirilməsinin əhəmiyyəti barədə fikirlərini bölüşüb. 

Səfər çərçivəsində Baş prokuror Kamran Əliyevlə Rusiya Federasiyasının Baş prokuroru Aleksandr Qutsan arasında ikitərəfli görüş keçirilib.

Səmimi qəbula və Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Kamran Əliyev Azərbaycan ilə Rusiya arasında dostluq, qarşılıqlı anlaşma və etimada əsaslanan münasibətlərə ölkəmizdə yüksək önəm verildiyini qeyd edib. Dövlətlərarası münasibətlərin inkişafında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təmaslarının mühüm rol oynadığı vurğulanıb. 

Həmçinin qeyd edilib ki, hər iki ölkənin prokurorluq orqanları arasında səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Görüş çərçivəsində konkret cinayət işləri üzrə hüquqi yardım məsələləri müzakirə edilib.

Yekunda Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyasının Baş Prokurorluğu arasında 2027–2028-ci illər üçün Əməkdaşlıq Proqramı imzalanıb. Sənədin iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı fəaliyyətin daha da möhkəmləndirilməsinə, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə praktiki əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev, həmçinin Laos Xalq Demokratik Respublikasının Baş prokuroru xanım Livonq Laoli ilə görüşüb. Görüş zamanı iki ölkənin prokurorluq orqanları arasında ötən ilə imzalanmış Əməkdaşlıq Memorandumu əsasında hüquqi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Tərəflər arasında prokurorluq orqanlarının qarşılıqlı faydalı əməkdaşlığın  hüquqi bazasının genişləndirilməsi barədə razılıq əldə olunub.

Tədbir çərçivəsində, həmçinin MDB-yə üzv dövlətlərin və Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin baş hərbi prokurorlarının dəyirmi masası keçirilib, bu sahədə əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib. Bəhruz Əhmədovla dəyirmi masaya qatılan Rusiya Federasiyasının və Çin Xalq Respublikasının hərbi prokurorları arasında ikitərəfli görüşlər keçirilərək qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Nümayəndə heyətinin səfəri davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://lent.az
archiveBu xəbər 30 Sentyabr 2026 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri