Icma.az
close
up
RU
Kamran Əliyevin Mərakeş Krallığına işgüzar səfəri başa çatıb

Kamran Əliyevin Mərakeş Krallığına işgüzar səfəri başa çatıb

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Mərakeş Krallığına işgüzar səfəri başa çatıb

Xəbər verildiyi kimi, Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti mərakeşli həmkarı Hicham El Blaouinin dəvəti ilə Mərakeş Krallığının Rabat şəhərinə rəsmi işgüzar səfər edib.

Səfər çərçivəsində nümayəndə heyəti ölkənin müstəqillik əldə etməsində mühüm rol oynamış Əlahəzrət Kral V Məhəmmədin məqbərəsini ziyarət edərək xatirəsini ehtiramla yad edib.

Bundan sonra nümayəndə heyəti ilə Mərakeş Krallığının Kassasiya Məhkəməsinin sədri və Ali Məhkəmə Şurasının vitse-prezidenti Mohammad Abdenabaoui arasında görüş keçirilib.

Görüş zamanı ölkələrimizin hüquq sistemləri arasında qarşılıqlı faydalı və səmərəli əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, təcrübə mübadiləsi və qarşılıqlı hüquqi dəstək imkanları müzakirə olunub.

Səfər çərçivəsində, həmçinin nümayəndə heyəti ilə Mərakeş Krallığının ədliyyə naziri Abdullatif Ouahbi arasında geniş tərkibdə ikitərəfli görüş keçirilib.

Ölkəmizə daha öncəki səfərini məmnunluqla xatırlayan nazir hər sahədə əsaslı inkişafın şahidi olduğunu bildirib. Tərəflər görüş zamanı Azərbaycan Respublikası və Mərakeş Krallığının müxtəlif qurumları, o cümlədən hüquq-mühafizə orqanları arasında əlaqələrin inkişaf tempindən məmnunluğunu ifadə edib, qurumlar arasında əməkdaşlığın hüquqi bazasının daha da dərinləşdirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Bununla yanaşı, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) mənzil-qərargahında olub, təşkilatın Baş direktoru doktor Salim Al Maliklə görüşüb, həmçinin mənzil-qərargahda yerləşən, Məhəmməd peyğəmbərin həyatına həsr olunmuş muzeyi ziyarət edib.

Görüşdə ölkəmizin təşkilatın fəaliyyətinə verdiyi mühüm töhfələr məmnunluqla qeyd olunub, xüsusilə qurumun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyətinin İslam dünyasının mədəni abidələrinin, mənəvi irsinin qorunması və təbliğində mühüm rol oynadığı vurğulanıb.

Səfər çərçivəsində, həmçinin Baş prokuror Mərakeş Krallığının yerli televiziya və mətbuat qurumlarına müsahibə verib. O qeyd edib ki, bu xarakterli səfərlər cinayətkarlığa qarşı mübarizədə ortaq çətinliklərin müəyyən edilməsi və buna uyğun effektiv cavab tədbirlərinin hazırlanması üçün təcrübənin bölüşdürülməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bu baxımdan hazırkı səfər transmilli mütəşəkkil cinayətkarlıq və korrupsiyaya qarşı mübarizə sahələrində, eləcə də hüquq sisteminin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən islahatlarla yaxından tanış olmağa əlverişli imkan yaradıb.

Bununla yanaşı, birgə beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı da müvafiq müzakirələr aparılmış və irəli sürülən təşəbbüslərin qarşılıqlı şəkildə dəstəklənməsi qərara alınıb.

Görüşlərdə ölkəmizin Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov da iştirak edib.

Nümayəndə heyətinin səfəri başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Aprel 2026 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri