Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

8 Noyabr həm də şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram günüdür

8 Noyabr həm də şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram günüdür

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Xalqımız ən yeni tariximizin şah əsəri olan 8 Noyabr - Zəfər Gününün altıncı ildönümünü qeyd edir. 8 Noyabrın tariximizdəki və təqvimimizdəki yeri ayrıdır, bambaşqadır. Bu gün Azərbaycan tarixinin ən şanlı səhifəsi, milli varlığımızın və dövlətçiliyimizin ən parlaq zirvəsidir. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin yüksək sərkərdəlik məharəti, şanlı Azərbaycan Ordusunun rəşadəti və xalqımızın həmrəyliyinin nəticəsində 8 Noyabr təkcə müstəqillik dövrünün deyil, son 200 illik Azərbaycan tarixinin ən parlaq Zəfər salnaməsi kimi yaddaşlara yazılıb.
2020-ci il noyabrın 8-də Ordumuzun Şuşa şəhərini işğaldan azad etməsilə həm bölgədəki geosiyasi reallıqlar, həm də bizim işğaldan əziyyət çəkən xalq imicimiz dəyişdi. 8 noyabrda biz öz tarixi imicimizə qayıtdıq, savaşçı ruhumuzu dünyaya sərgilədik, qalib xalqa çevrildik. Noyabrın 10-da üçtərəfli bəyanatla möhürü vurulan Qarabağ Zəfərimiz həm tarixi ədaləti bərpa etdi, həm də ermənipərəstliyi özünün rəsmi siyasətinə çevirmiş böyük güclərin (ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin) Cənubi Qafqaz və Avrasiya kimi mühüm geostrateji coğrafiyadakı oyunlarını pozdu və Prezident İlham Əliyevin ifadəsi ilə desək, dərin geosiyasi layları tərpətdi, yeni tarixi reallıqların əsasını qoydu.
Bu yeni reallıqlar fonunda Azərbaycan regionda yalnız ərazi bütövlüyünü və suverenliyini bərpa edən dövlət kimi deyil, həm də Cənubi Qafqazın gələcək inkişaf gündəliyini müəyyənləşdirən əsas siyasi aktor kimi çıxış edir. Qarabağ Zəfəri ölkəmizin hərbi qüdrətini, diplomatik iradəsini və milli həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı sübut etdi ki, milli məqsədlər ətrafında birləşən, dövlətinə və ordusuna güvənən xalq qarşısına qoyduğu ən çətin vəzifələrin öhdəsindən gələ bilər. Prezident İlham Əliyevin 6 noyabr 2026-cı il tarixdə Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşü zamanı vurğuladığı kimi, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq. Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər. Çünki biz ədaləti bərpa etdik, öz ləyaqətimizi bərpa etdik və döyüş meydanında qan tökərək öz haqqımızı bərpa etdik.
8 Noyabr həm də şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram günüdür. Bu Zəfərin hər qarışında Vətən uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın qanı, valideynlərinin sonsuz ağrısı, qazilərimizin fədakarlığı və milyonlarla insanın duaları var. Şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, onların göstərdiyi qəhrəmanlıq gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbi olacaq. Dövlətimizin başçısının qeyd etdiyi kimi, onların qanı yerdə qalmayıb, şəhidlərimizin qisası döyüş meydanda alınıb. Zəfər Gününün təntənəsi məhz bu müqəddəs yaddaş qarşısında məsuliyyət hissi ilə tamamlanır.
Qələbəmizdən sonra isə qarşıda duran əsas vəzifə bu Zəfəri möhkəmləndirmək, azad edilmiş ərazilərimizi sürətlə bərpa və inkişaf etdirmək, ölkəmizin iqtisadi və siyasi gücünü daha da artırmaq idi. Bu gün Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Qələbəmizin davamlı xarakter daşıdığını göstərir. İşğaldan azad edilmiş ərazilərdə yeni yolların, hava limanlarının, yaşayış məntəqələrinin, məktəblərin və sosial obyektlərin inşası yalnız dağıdılmış şəhər və kəndlərin bərpası deyil, həm də Böyük Qayıdışın möhkəm təməllər üzərində qurulması deməkdir. Doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın öz torpaqlarına qayıtması tarixi ədalətin bərpasının ən mühüm göstəricilərindən biridir. Qarabağın dirçəldilməsi ilə Azərbaycan həm də regionda sülh, əməkdaşlıq və iqtisadi inkişaf üçün yeni imkanlar yaradır.
Zəfər Gününün əsas mesajlarından biri də budur ki, müstəqillik və dövlətçilik daim qorunmalı, milli birlik və həmrəylik hər bir vətəndaşın gündəlik həyat prinsipinə çevrilməlidir. Tarixi qələbələr yalnız keçmişin şərəfli səhifələri kimi xatırlanmamalı, gələcəyin daha qüdrətli Azərbaycanının qurulması üçün möhkəm dayaq olmalıdır. Gənc nəslin Vətənə sədaqət, milli-mənəvi dəyərlərə bağlılıq və dövlətçilik ruhunda tərbiyəsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. 8 Noyabr xalqımızın qürur, birlik və özünəinam günüdür. Bu gün biz bir daha anlayırıq ki, Azərbaycan xalqının iradəsi, ordumuzun gücü və dövlətimizin qətiyyətli siyasəti qarşısında heç bir maneə milli hədəflərimizə əngəl ola bilməz.
Bu əziz günün sevincindən bütün dünya azərbaycanlılarına pay düşür. 8 Noyabr - Zəfər Günü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Zəfər Günümüz mübarək olsun! Allah şəhidlərimiziə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, əsgər və zabitlərimizi qorusun. Qoy, üçrəngli bayrağımız daim Qarabağın və Şərqi Zəngəzurun aydın səmasında qürurla dalğalansın, qalib Azərbaycanımızın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi əbədi olsun!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 07 Noyabr 2026 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see461

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see334

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see322

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see307

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see306

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see302

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see277

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see263

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see261

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see240

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see233

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see224

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see223

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see221

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see212

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see209

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see206

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see205

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see201

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri