Kamran Əliyevin səlahiyyət müddəti bitir
Icma.az, Pravda.az portalına istinadən məlumat verir.
Azərbaycanın Baş prokuroru Kamran Əliyevin səlahiyyət müddəti bitir.
O, 2020-ci il may ayının 1-də vəzifəyə təyin olunub.
"Prokurorluq haqqında" qanunun 16-cı maddəsinə əsasən, Baş prokurorun səlahiyyət müddəti 5 ildir. K.Əliyevin vəzifədə olma müddəti 2025-ci il may ayının 1-də sona çatır.
Azərbaycan Konstitusiyasının 133-cü maddəsinə əsasən, Baş prokuroru Azərbaycan Prezidenti Milli Məclisin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir.
Qanunvericiliyin tələbinə uyğun olaraq parlament may ayının 1-dək Baş prokurorun təyinatı ilə bağlı məsələyə baxmalıdır.
"Prokurorluq haqqında" qanun bir şəxsin neçə dəfə Baş prokuror təyin olunmasına hər hansı məhdudiyyət qoymur.
Teleqraf.az

Kamran Əliyevin səlahiyyət müddəti sabah bitir
30 Aprel 2025 18:21
Kamran Əliyevin səlahiyyət müddəti daha 5 il artırılır Mili Məclis qərar verdi (Yenilənib)
01 May 2025 13:13
İsrail səfiri açıqladı: səlahiyyət müddəti bitir
12 May 2025 10:51
Deputatlar Kamran Əliyevin namizədliyinə “hə” deyiblər
01 May 2025 13:12

