Icma.az
close
up
RU
Kamran Əsədov: Məleykə Abbaszadə niyə narahatdır ki...

Kamran Əsədov: Məleykə Abbaszadə niyə narahatdır ki...

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Məleykə Abbaszadənin son açıqlamaları — xüsusilə sosial şəbəkələrdə fikir bildirən ekspertləri “qeyri-ciddi” hesab etməsi, onların qəbul ballarını sual altına alması, dövlət qulluqçusunun etik davranış kodeksinə uyğun olmayan və təəssüf doğuran nümunədir. Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununun 14-cü maddəsində göstərilir ki, dövlət qulluqçusu “etik davranış normalarına riayət etməli, vətəndaşlarla ünsiyyətdə obyektiv və hörmətli olmalıdır”. Bəs bir vətəndaşın fikrini bildirməsi, imtahanların keyfiyyətsizliyinə, apellyasiya problemlərinə və sistematik səhvlərə diqqət çəkməsi bu meyarlara qarşı çıxmaqdırmı?”
Reyting.az
xəbər verir ki, bunu Demokrat.az-a tanınmış təhsil eksperti Kamran Əsədov deyib.
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin təhsil ekspertləri barədə səsləndirdiyi sərt fikirlərindən danışan Kamran Əsədov qeyd edib ki, DİM istənilən vətəndaş üçün şəffaf və məsuliyyətli xidmət göstərməlidir:
“Əgər bir şagird 150 balla qəbul olunursa, bu onun günahı deyil, müsabiqə şərtlərinin və plan yerlərinin sistem tərəfindən müəyyən olunmasının nəticəsidir. Məhz bu səbəbdən belə vətəndaşların — təhsil alanların, müəllimlərin, valideynlərin öz fikrini bildirməsi, sistemdəki boşluqlara işarə etməsi nə etik pozuntu, nə də hörmətsizlikdir. Əksinə, bu, vətəndaş cəmiyyətinin sağlam inkişaf əlamətidir.
Əgər DİM öz fəaliyyətini ədalətli və şəffaf sayırsa, onda ictimai rəy və tənqidlərə açıq olmalıdır. Mərkəzin 2025-ci ildə 2000-dən çox imtahan nəticəsinin yanlış yoxlanıldığını etiraf etməsi, apellyasiya prosesində şikayətçinin dinlənilməməsi, cavab hüququnun faktiki olaraq məhdudlaşdırılması, sistemdə struktur problemlərin olduğuna işarədir. Bunu təkcə texniki problem kimi təqdim etmək məsuliyyətdən yayınmaqdır. Bu səhvlər konkret şagirdin psixoloji durumuna, gələcəyinə, təhsil perspektivlərinə birbaşa zərbə vurur”.
Kamran Əsədov bildirib ki, təhsil ekspertlərini qəbul ballarına görə təhqir etmək, onların fikirlərini lağ obyektinə çevirmək nə akademik, nə də hüquqi baxımdan əsaslandırıla bilər:
“Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən, hər bir vətəndaş fikir, söz və ifadə azadlığına malikdir. İctimai müzakirələrdə iştirak edən şəxsləri “ekspert deyilsiniz” deyə susdurmaq cəhdləri demokratiyaya, ifadə azadlığına və vətəndaş iştirakına ziddir. Əgər fikir yalnız Harvard məqaləsi ilə deyil, sadə "facebook" paylaşımı ilə də səsləndirilirsə, bu da həmin şəxsin konstitusion hüququdur.
Məleykə xanımın fikirləri “ekspert adını kim verir?” sualına gətirib çıxarır. Dövlətin təyin etdiyi və ya hər hansı qurumun qeydiyyata aldığı şəxs olmaqla ekspertlik qazanılmır. Ekspertlik təcrübə, tədqiqat, mövqeyə təsir, məlumatlılıq və ictimai etimadla qazanılır. Əgər bir şəxs həm müəllim kimi imtahan sistemini yaşamış, həm magistr, həm də doktorantura pilləsində DİM-in imtahanlarından keçmiş, elmi məqalələri, beynəlxalq çıxışları ilə cəmiyyətə təsir göstərirsə, bu şəxsi “ekspert deyil” adlandırmaq, sadəcə, şəxsi eqonun və tənqidə qarşı dözümsüzlüyün göstəricisidir.
Əgər Dövlət İmtahan Mərkəzi ictimai müzakirələrdən narahatdırsa, bu narahatlıq institutlaşmış şəffaflıq mexanizmləri ilə həll olunmalıdır. İllik hesabatlar, ictimai dinləmələr, apelyasiya qərarlarının əsaslandırılması, sual bazalarının açıq nümayişi kimi vasitələrlə etimad bərpa oluna bilər. Əks halda, tənqidçiləri “danışma, sən kimsən?” ritorikası ilə susdurmaq cəhdi yalnız etimadı daha da sarsıdacaq”.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:316
embedMənbə:https://reyting.az
archiveBu xəbər 23 May 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1031

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see528

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see428

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see335

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see332

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see234

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see226

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see216

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see186

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see181

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri