“Kamran” şadlıq evində kütləvi zəhərlənmə 21 nəfər xəstəxanaya yerləşdirildi ÖZƏL
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xaçmazda kütləvi qida zəhərlənməsi hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, hadisə iyulun 10-da saat 22:00 radələrində Xaçmaz şəhərinin Heydər Əliyev prospektində yerləşən “Kamran” şadlıq evində qeydə alınıb.
Məlumata görə, saat 17:00-dan etibarən şadlıq evində keçirilən əsgər yola salma məclisində iştirak edən 21 nəfər bir müddət sonra özlərini pis hiss edib. Onlar saat 23.06-da təcili olaraq Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Zərərçəkənlərə dərhal ilkin tibbi yardım göstərilib. Əldə etdiyimiz son məlumata əsasən, vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən zəhərlənən 21 nəfərin hamısı ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 11 İyul 2026 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















