Icma.az
close
up
RU
Kanada ABŞ uçurumu böyüyür

Kanada ABŞ uçurumu böyüyür

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Kanada ilə ABŞ arasında böhran böyüyür. 

Kanada hökumətinin yüksək rütbəli rəsmisi deyib ki, ölkə ABŞ-dən müdafiə asılılığını azaltmaq üçün Avropa İttifaqı (Aİ) ilə danışıqlar aparır. 

"Cebheinfo.az" xəbər verir ki, Kanadanın müdafiə sahəsində ABŞ-dən asılılığını azaltmaq məqsədilə döyüş təyyarələri də daxil olmaqla hərbi texnika almaq üçün Avropa İttifaqı  ilə danışıqlar apardığı bildirilir. Kanada hökumətinin yüksək rütbəli rəsmisi "Associated Press"-ə bildirib ki, Baş nazir Mark Karni müdafiə naziri Bill Bleyrə ABŞ-nin F-35 qırıcıları almasını nəzərdən keçirmək və müdafiə avadanlığının idxalı üçün digər variantları nəzərdən keçirmək tapşırıb. 

O, Kanadanın planına müdafiə sahəsindəki ABŞ-dən asılılığını azaltmaq məqsədi ilə Aİ ölkələrindən müdafiə avadanlığı almağı, eləcə də döyüş təyyarələrinin istehsalı daxil olduğunu qeyd edib. Xarici işlər naziri Melanie Joli "CBC News"-a bildirib ki, onlar müdafiə avadanlığının tədarükü ilə bağlı birgə işləmək üçün Aİ ölkələri ilə danışıqlar aparırlar: 

"Mən bu tərəfdaşlığın bir parçası ola biləcəyimizə əmin olmaq üçün bir ay əvvəl Avropaya getmişdim. Biz yaxşı xəbərə doğru irəliləyirik. Müdafiə sənayesini burada, ölkə daxilində qurmaq lazımdır. Biz öz müdafiə sənayemiz üzərində işləməli və bütün dünyada fərqli tərəfdaşlar tapmalıyıq". Baş nazir Karni daha əvvəl demişdi ki, Kanada müdafiə tədarüklərini diversifikasiya etməyi və Aİ ilə əlaqələrini yaxşılaşdırmağı hədəfləyir və yerli istehsalın vacibliyini vurğulayır. 

Digər tərəfdən, İsveçin "Saab" şirkətinin təyyarə alqı-satqısı təklifində "Saab Gripen" döyüş təyyarələrinin yığılması və texniki xidmətinin Kanadada həyata keçiriləcəyi irəli sürülüb. Kanadanın müdafiə naziri Bleyer martın 15-də bildirib ki, ölkəsi ABŞ-dan F-35 qırıcıları almaq üçün imzaladığı 19 milyard dollarlıq müqavilədən çıxa və başqa variantları axtara bilər. İsveç istehsalı olan "Saab Gripen" döyüş təyyarələri İsveç, Çexiya, Macarıstan, Cənubi Afrika Respublikası, Braziliya və Tailand orduları tərəfindən istifadə olunur. Müdafiə avadanlığının satın alınmasında şaxələndirmənin axtarıldığı Kanadada Baş nazir Karni 18 martda açıqlamasında Avstraliyadan 4,2 milyard dollarlıq radar sisteminin alınacağını açıqlayıb. 

Nigar 
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Mart 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see421

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see306

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see298

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see295

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see294

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see293

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see292

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see288

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see286

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see272

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see260

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see256

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see254

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see252

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see250

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see250

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see249

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see249

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see248

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see247
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri