Kanada hökuməti ölkənin avtomobil sektoruna kömək üçün 1,4 milyard dollar ayıracaq
Oxumeni.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Kanadanın baş naziri Mark Karni ABŞ ilə ticarət müharibəsi kontekstində yerli avtomobil sektoruna kömək etmək üçün "strateji fond" yaratmaq üçün 2 milyard Kanada dolları (1,4 milyard dollar) ayırmağa söz verib, Market Watch xəbər verir.
Karni, hökumətinin daxili komponentlərin istehsalını artırmaq və onların Birləşmiş Ştatlar sərhədindən keçmə ehtiyacını azaltmaq üçün Kanadada avtomobil hissələri istehsalı şəbəkəsi yaratmağa çalışacağını söylədi.
ABŞ prezidenti Donald Tramp bu həftənin əvvəlində avtomobil sektoru ilə bağlı məhsulların idxalına tarifləri yaxın günlərdə açıqlayacağını bildirib. Ekspertlərin fikrincə, bu addım Şimali Amerikanın yüksək inteqrasiya olunmuş avtomobil təchizat zəncirləri üçün ciddi təhlükə yaradır.
Kanadada istehsal olunan avtomobillərin əksəriyyəti ABŞ-a ixrac olunur.
Əziz Mustafa, Oxuməni.az
Baxış sayı:98
Bu xəbər 27 Mart 2025 08:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















