Kanada Müdafiə Nazirliyindən qeyri adi ÇAĞIRIŞ: Orduya qazlarla bağlı XƏBƏRDARLIQ EDİLDİ KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kanada Müdafiə Nazirliyi paytaxt Ottavadakı qərargahında xidmət edən hərbi və mülki heyətə qeyri-adi xəbərdarlıq edib. Nazirlik əraziyə soxulan yerli Kanada qazlarının aqressiv davranışlarına görə personalı diqqətli olmağa çağırıb.
KONKRET.az xəbər verir ki, rəsmi xəbərdarlıqda əsgərlərin və digər əməkdaşların qazlara yaxınlaşmaması, onlara toxunmaması və yem verməməsi tövsiyə olunub. Bildirilib ki, bu davranışlar qazların daha da aqressivləşməsinə səbəb ola bilər.
Kanada qazları yaz mövsümündə yuva qurmaq üçün tez-tez şəhər ərazilərinə daxil olur və bəzi hallarda insanlara qarşı müdafiə reaksiyası göstərə bilir. Müdafiə Nazirliyi heyətin təhlükəsizliyini təmin etmək məqsədilə bu xəbərdarlığı yayıb.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 29 Aprel 2025 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















