Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2024-cü ildə Kanadada 2015-ci ildən bəri ən böyük qızılca xəstəliyi alovlanması qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə Kanada Səhiyyə Nazirliyinin məlumatında bildirilib.
Nazirliyə görə, ilin əvvəlindən ölkədə 130 qızılca yoluxma halı qeydə alınıb. Bir nəfər vəfat edib. Xəstəliyin alovlanması ölkənin altı bölgəsində – Alberta, Britaniya Kolumbiyası, Kvebek, Nyu-Bransuik, Ontario və Saskaçevanda qeydə alınıb. Qurum əlavə edib ki, son həftə ərzində daha 30 nəfər qızılcaya yoluxub.
2023-cü ildə Səhiyyə Nazirliyi bu xəstəliyə yoluxmanın 12 halını qeydə almışdı. Kanadada son dəfə böyük qızılca alovlanması 2015-ci ildə baş vermiş və o zaman 113 nəfər yoluxmuşdu.

Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb
23 Noyabr 2024 03:01
Bu ölkədə 9 ildə ən böyük qızılca alovlanması qeydə ALINDI
23 Noyabr 2024 09:13
Kanadada meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
24 Noyabr 2024 20:19
Kanadada qızılca xəstəliyinə yoluxma kəskin artıb
23 Noyabr 2024 05:56

