Bu ölkədə 9 ildə ən böyük qızılca alovlanması qeydə ALINDI
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2024-cü ildə Kanadada 2015-ci ildən bəri ən böyük qızılca xəstəliyi alovlanması qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə Kanada Səhiyyə Nazirliyinin məlumatında bildirilib.
Nazirliyə görə, ilin əvvəlindən ölkədə 130 qızılca yoluxma halı qeydə alınıb. Bir nəfər vəfat edib. Xəstəliyin alovlanması ölkənin altı bölgəsində – Alberta, Britaniya Kolumbiyası, Kvebek, Nyu-Bransuik, Ontario və Saskaçevanda qeydə alınıb. Qurum əlavə edib ki, son həftə ərzində daha 30 nəfər qızılcaya yoluxub.
2023-cü ildə Səhiyyə Nazirliyi bu xəstəliyə yoluxmanın 12 halını qeydə almışdı. Kanadada son dəfə böyük qızılca alovlanması 2015-ci ildə baş vermiş və o zaman 113 nəfər yoluxmuşdu.
Baxış sayı:88
Bu xəbər 23 Noyabr 2024 09:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















