Icma.az
close
up
RU
Kanadaya getmək istəyən Zaqatala sakini dələduzluqla üzləşdi

Kanadaya getmək istəyən Zaqatala sakini dələduzluqla üzləşdi

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Zaqatala rayonunda Kanadaya getmək üçün viza almaq istəyən şəxs dələduzluqla üzləşib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt şəhər sakini Vasif 18 iyul 2023-cü ildə Kənan adlı şəxsin 2786 manatını ələ keçirib. 
Hadisəni törədən Vasifin barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxslə sosial şəbəkələrdə tanış olub: “Kənanın sosial şəbəkədə Məhəmməd adlı bir tanışı olub. Mənim də Məhəmmədlə münasibətim olub. Elə Məhəmməd məni Kənanla tanış edib. O, da həmin vaxt Kanadaya getmək istəyib. Lakin alınmayıb. Mən QİÇS xəstəliyindən əziyyət çəkirəm. İki dəfə xəstəliyim ağırlaşıb və xəstəxanada olmuşam. Xəstəliyim səbəbindən borcumu qaytarmaq istəsəm də, qaytara bilməmişəm. Hazırda mebel sexində iş tapmışam. Əlavə işdə də işləyərək borcumu qaytara bilərəm. Lakin ayağımdakı elektron nəzarət vasitəsi buna imkan vermir. Himayəmdə həmçinin anam var. Əməlimdən peşmanam. Zərərçəkmiş şəxslə barışmışam, ona vurduğum ziyanı ödəmişəm. Bağışlanmağımı xahiş edirəm”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Kənanın sözlərinə görə, Vasiflə dostu Məhəmməd vasitəsilə tanış olub: “Mən ilk öncə Litva üçün sənəd düzəltmişəm. Lakin öz səhvimdən gedə bilməmişəm. Vasif Məhəmmədə yazaraq deyib ki, mən özüm artıq Kanadada oluram və Kanada vətəndaşıyam, istəyirsənsə səni Kanadaya təmənnasız apararam. Məhəmməd özü getmək istəmədi, məni təklif etdi. Mən də razılaşdım. Məhəmməd mənim nömrəmi Vasifə verdi. Biz telefonda görüntülü danışışdıq. Vasif sadəcə sənədlər üçün 250 dollar lazım olduğunu dedi, mən də göndərdim. Daha sonra Vasif əlavə pullar istədi. Adımdan Kanada səfirliyində qeydiyyatdan keçdi və səfirlikdən mənə mail gəldi. Buna görə də həqiqətən inandım. Daha sonra imtina gəldiyində aldadıldığımı anladım. Sonra pulumu geri tələb etdim”. 
Bu işə Zaqatala Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vasif 8 ay azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Qeyd edək ki, təqsirləndirilən şəxs bundan əvvəl dələduzluq əməllərinə görə dəfələrlə məhkum edilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Noyabr 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri