Icma.az
close
up
RU
Oğlunu işə düzəltmək istəyən ata dələduzluqla üzləşdi

Oğlunu işə düzəltmək istəyən ata dələduzluqla üzləşdi

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Bakının Binəqədi rayonunda 1970-ci il təvəllüdlü Mahir Məmmədov işə düzəltmək adı ilə Zahirə qarşı dələduzluq edib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə bilavasitə tanış olduğu Zahirin oğlunu Fövqəladə Hallar Nazirliyində işə qəbul olunmasına köməklik göstərilməsi barədə müraciətindən sonra yüksək  vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə  qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edib. 
Məmmədov həmin məsələnin müsbət həlli üçün 2022-ci ilin sentyabr ayında “Yeganə” şadlıq evinin yaxınlığında zərərçəkmişdən 10 min manat alıb. 
Hadisəni törədən Mahir Məmmədovun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Mahir Məmmədov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxsi 2022-ci ilin axırlarında qonşusu Cəmşidin vasitəsi ilə tanıyıb: “Cəmşid zərərçəkmiş şəxsi mənə öz tanışı kimi təqdim etdi. Onun oğlunu işə  üzəltmək lazın olduğunu söylədi. Mən də Zahirlə onun oğlunu
Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyim vəd ilə 2022-ci ilin sentyabr ayında 10 min manat aldım. Lakin həmin pulu şəxsi ehtiyaclarıma xərclədim. Həmin puldan Cəmşid İmamverdiyevə olan 300 manat borcumu ödəmişəm. Geri qalan məbləğin hamısını isə özümə götürmüşəm”. 
Bu işə Binəqədi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mahir Əsədov 2 il, 1 ay, 8 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb. 
Təqsirləndirilən şəxsin üzərinə daimi yaşayış yeri olan ünvanı gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsi qadağan olunub. Ona bu müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməsi tapşırılıb. 
Həmçinin bu müddət ərzində Bakı şəhəri hüdudlarını tərk etməsi qadağan edilib. Müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması tapşırılıb. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Noyabr 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see132

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see131

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri