Kanalizasiya işləmir, küçəni su basıb Masazır sakinləri çıxılmaz vəziyyətdən şikayətçidirlər
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Abşeron rayonu Masazır qəsəbəsinin sakinləri küçələrindəki bərbad vəziyyətdən şikayətçidirlər.
Bununla bağlı onlar Oxu.Az-a şikayət ünvanlayıblar.
Sakinlərin sözlərinə görə, ötən gün yağışdan sonra Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində fərdi yaşayış evlərinin həyətlərinə su dolub:
"Kanalizasiya suyu çəkmir. Yağış suları ətrafı basıb. Evlərə su dolub. Hazırda işə getməyə tələsənlər var, su o qədər çoxdur ki, çıxıb gedə bilmirik".
Sakinlərin iddiasına görə, ərazidə yaşayan bir ailəni Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidən təxliyə ediblər.
Sözügedən məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanlanıb.
Ərazidən foto və videoları təqdim edirik:
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 09 Dekabr 2024 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















