Icma.az
close
up
RU
Kapital Bank istifadəçiləri diqqətli olmağa çağırır: Lisenziyasız proqramlardan istifadə təhlükəlidir

Kapital Bank istifadəçiləri diqqətli olmağa çağırır: Lisenziyasız proqramlardan istifadə təhlükəlidir

Icma.az bildirir, Sfera.az portalına istinadən.

Rəqəmsal texnologiyaların həyatın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə kiberdələduzluq da paralel olaraq sürətlə artır. "Kapital Bank" kiberdələduzluq hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq həyata keçirdiyi monitorinqlərə əsaslanaraq istifadəçiləri diqqətli olmağa çağırır. Belə ki, son araşdırmalar zamanı "Birbank" mobil tətbiqinin istifadə olunduğu 12 000-dən çox virusa yoluxmuş cihaz müəyyən edilib və qabaqlayıcı tədbirlər nəticəsində onların hamısı potensial risklərdən azad edilib.

Qeyd edək ki, bank yalnız hadisələrə reaksiya verməklə kifayətlənmir, eyni zamanda kiber dələduzluğun qarşısını almaq üçün qabaqlayıcı tədbirlər tətbiq edir. Belə ki, "Kapital Bank"ın təhlükəsizlik infrastrukturunun əsasını süni intellekt əsaslı texnologiyalar təşkil edir. Bu sistemlər vasitəsilə bank əməliyyatları 24/7 rejimində izlənilir, şübhəli fəaliyyətlər müəyyən edildikdə dərhal müdaxilələr həyata keçirilir.  

Bütün bunlara baxmayaraq kiberdələduzluqla mübarizədə banklar və müştərilər birlikdə addımlamalıdırlar. Lisenziyasız, yəni pirat proqram təminatlarından istifadə ciddi təhlükəsizlik riskləri yaradır. Bu cür proqramlar vasitəsilə çox zaman cihazlara “backdoor” adlanan gizli və zərərli kodlar əlavə oluna bilər. Bu “backdoor”lar kiber cinayətkarlara istifadəçinin cihazına gizli şəkildə daxil olmaq imkanı verir. Nəticədə şəxsi məlumatların üçüncü şəxslərin əlinə keçməsi real təhlükəyə çevrilir. Xüsusilə “Android” istifadəçiləri üçün “Play Store”dən kənar yüklənən tətbiqlər, o cümlədən modifikasiya olunmuş “WhatsApp Plus”, “Instagram Plus” və müxtəlif oyun proqramlarının “APK” faylları ciddi təhlükə yaradır. Həmçinin, bank kartları ilə onlayn alış-veriş edərkən ictimai Wi-Fi şəbəkələrindən istifadə etmək tövsiyə edilmir.

Bu səbəbdən  "Kapital Bank" olaraq bir daha müştərilərimizdən diqqətli olmalarını şəxsi məlumatlarını: kartın üzərindəki CVV/CVC kodu, sms vasitəsilə göndərilən 4 rəqəmli OTP kodu, kartın PIN kodunu, şəxsiyyət vəsiqəsinin FİN nömrəsini üçüncü şəxslərə verməməyi, banklar adına hazırlanan və göndərilən qeyri-peşəkar videolara və reklam mətnlərinə inanmamağı xahiş edirik. 

Ölkənin birinci bankı olan "Kapital Bank" PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://sfera.az
archiveBu xəbər 25 Aprel 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see246

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see235

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see211

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see199

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see167

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see167

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see154

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see150

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see145

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see140

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see137

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri