Icma.az
close
up
RU
Kapital Bank “Mashreq Bank”la tarixi sazişə imza atdı 50 milyon dollar kredit cəlbi edir

Kapital Bank “Mashreq Bank”la tarixi sazişə imza atdı 50 milyon dollar kredit cəlbi edir

Marja.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkənin ən böyük maliyyə institutlarından biri olan Kapital Bank beynəlxalq maliyyə bazarında yeni bir zirvəni fəth edərək, öz tarixində ilk sindikatlaşdırılmış kredit sazişini uğurla imzaladı.

Körfəz regionunun aparıcı bankı olan “Mashreq Bank”ın təşkilatçılığı ilə həyata keçirilən bu tarixi saziş mərasimi 11 noyabr 2025-ci il tarixində Dubay şəhərində hər iki bankın rəhbərləri tərəfindən rəsmiləşdirildi. Əməkdaşlıq çərçivəsində Kapital Bank-a 50 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit vəsaitinin cəlbi nəzərdə tutulur.

VTB-də yüksək depozit faizləri daha çox qazandırır

Qeyd edək ki, bu əməkdaşlığın əsası ötən aylarda Körfəz regionunda aparılan məqsədyönlü təqdimatlar zamanı qoyulub. Belə ki, Kapital Bank-ın Baş Maliyyə İnzibatçısı və İdarə Heyətinin üzvü Emin Məmmədovun rəhbərliyi ilə bankın nümayəndə heyətinin Doha və Dubay səfəri çərçivəsində regionun əsas maliyyə institutlarına bankın güclü maliyyə göstəriciləri, dayanıqlı inkişaf strategiyası və gələcək investisiya planları təqdim edilib. Məhz bu təqdimatların uğurlu davamı olaraq imzalanan saziş, Kapital Bank-ın beynəlxalq maliyyə bazarında etibarlı və sabit tərəfdaş statusunu daha da möhkəmləndirib.

Tədbirdən dərhal sonra öz sosial media kanalında paylaşım edən Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov bu əməkdaşlığı yüksək qiymətləndirib. “Bu əməkdaşlıq bankımızın maliyyə dayanıqlılığını artırmaqla yanaşı, həm də Azərbaycanın maliyyə sektoru üçün yeni beynəlxalq imkanlar yaradır. Bir ekosisteminin əsas hissəsi olaraq gələcək hədəfimiz beynəlxalq tərəfdaşlıqları keyfiyyətcə yeni səviyyəyə qaldırmaqdır. Biz bu resursları ölkəmizin rəqəmsal transformasiya prosesini gücləndirməyə və uzunmüddətli dayanıqlı iqtisadi inkişafı təmin edən layihələrə yönəldərək ölkə iqtisadiyyatına dəyər qatmağa davam edəcəyik”.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://marja.az
archiveBu xəbər 12 Noyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see187

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see154

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see151

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see142

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri