Icma.az
close
up
RU
Kapital, texnologiya və ideyalar Azərbaycana gələcək ŞƏRH

Kapital, texnologiya və ideyalar Azərbaycana gələcək ŞƏRH

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı Forumu qeyri-neft sektorunun şaxələndirilməsinə mühüm töhfə verəcək


Lətif Zeynallı: “Azərbaycan qlobal iqtisadi əməkdaşlıqda strateji tərəfdaşlıqlarını möhkəmləndirir”

Sentyabrın 22-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayıb. İqtisadiyyat Nazirliyi və AZPROMO-nun təşkilatçılığı, Avropa Evi – “Ambrosetti”nin strateji tərəfdaşlığı, həmçinin “Euronews” və “Sea Breeze”in dəstəyi ilə keçirilən forumda dövlət rəsmiləri, biznes liderləri və beynəlxalq investorlar iştirak edir.

Forum Şərq və Qərbin strateji qovşağında yerləşən ölkələrin investisiya imkanlarını təqdim etməklə yanaşı, qlobal ticarət və dayanıqlı təchizat zəncirlərinin gələcəyini müzakirə etmək üçün platforma rolunu oynayır. İştirakçılar yüksək səviyyəli əlaqələr qurmaq, strateji sazişlər bağlamaq və yeni tərəfdaşlıqlar formalaşdırmaq imkanları qazanacaq.

İki gün davam edəcək tədbir enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, rəqəmsal inkişaf, səhiyyə və daşınmaz əmlak sahələrində regional əməkdaşlıq və investisiya perspektivlərinə həsr olunub. Forum çərçivəsində plenar iclaslar və müxtəlif panel sessiyaları keçirilməklə strateji inteqrasiya, innovasiya, yaşıl enerji, dövlət-özəl tərəfdaşlığı, sənayeləşmə və sahibkarlığın inkişafı kimi mövzular müzakirə olunacaq.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Dövlət Proqramları şöbəsinin müdiri, i.ü.f.d. Lətif Zeynallı Sherg.az-a açıqlamasında bildirib ki, 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) ölkəmizi beynəlxalq investorların, dövlət rəsmilərinin və biznes liderlərinin tərəfdaşlıq mərkəzinə çevirir:

 "“AIIF 2025” Azərbaycanın investisiya mühitinin beynəlxalq arenada daha da tanıdılması, yeni tərəfdaşlıqların qurulması və strateji layihələrin müzakirəsi baxımından əlamətdar bir platformadır. Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətində deyilir: “Bizim əsas məqsədimiz innovativ biznes ideyalarının reallaşdırılması və əlverişli işgüzar imkanların genişləndirilməsidir. Mən hamınızı kapital, texnologiya və ideyalarınızı Azərbaycana gətirməyə dəvət edirəm.”"


L. Zeynallının sözlərinə görə, bu çağırış ölkəmizdə innovasiya və investisiya axınlarını canlandıraraq, dayanıqlı inkişafın və rifahın yeni mərhələsi üçün təməl yaradacaq: 

“AIIF 2025” tədbirinin Azərbaycanın iqtisadi inkişafının dərinləşməsinə, investisiya mühitinin institusional dayanıqlığının güclənməsinə və qeyri-neft sektorunun şaxələndirilmiş şəkildə stimullaşdırılmasına əhəmiyyətli töhfə verməsi gözlənilir. Burada iştirakçılara yalnız yeni qlobal rəqabət paradiqmalarını öyrənmək imkanı deyil, həm də gələcəyin ticarət xəritəsini birlikdə çəkmək, strateji razılaşmalar imzalamaq və yeni əməkdaşlıqlar qurmaq şansı təqdim edilir".

İİTKM-nin şöbə müdiri qeyd edib ki, 2024-cü ildə qlobal birbaşa xarici investisiya (BXİ) axınları əvvəlki illə müqayisədə artım nümayiş etdirərək 4 faizlik yüksəlişlə 1,45 trilyon ABŞ dollarından 1,51 trilyon dollara çatıb: "Baxmayaraq ki, qlobal maliyyələşdirmə şəraiti sərtləşib və geosiyasi qeyri-müəyyənlik artıb, inkişaf etməkdə olan ölkələrə yönələn birbaşa xarici investisiya (BXİ) axınları sabit qalıb. Həmin axınlar 867 milyard ABŞ dolları həcmində ölçülərək qlobal BXİ-nin 57 faizini təşkil edib və bu, regionların beynəlxalq investisiya cəlbediciliyini nümayiş etdirib. Bundan başqa, 2024-cü ildə rəqəmsal iqtisadiyyat sektoru BXİ-nin ən dinamik seqmentlərindən biri olaraq qalmaqda davam edib. Xüsusilə rəqəmsal xidmətlər, platformalar və e-ticarət sahəsində layihələrin sayı 17 faiz artıb, ümumi layihə dəyərləri isə iki dəfə yüksəlib. Nümunə olaraq, “Microsoft” (ABŞ) Hindistanda bulud və süni intellekt infrastrukturunu gücləndirmək məqsədilə 3 milyard ABŞ dolları, o cümlədən, “ByteDance” (Çin) növbəti beş il ərzində Tailandda məlumat mərkəzlərinin inkişaf etdirilməsi məqsədilə 8,8 milyard ABŞ dolları  həcmində strateji investisiya planını açıqlayıb. Bu təşəbbüslər regionda rəqəmsal infrastrukturun gücləndirilməsi və qabaqcıl texnologiyaların tətbiqinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır".


L. Zeynallı həmçinin bildirib ki, 2025-ci ilin ilk yarısında Azərbaycan iqtisadiyyatına yönələn birbaşa xarici investisiyalar 3,2 milyard dolları ötərək ölkəmizin beynəlxalq investorlar üçün cəlbedici olduğunu bir daha sübut edir: 

" Eyni zamanda, Azərbaycanın xarici ölkələrdəki investisiyaları da 1 milyard 349 milyon dollar həcmində həyata keçirilib ki, bu da ölkəmizin qlobal iqtisadi proseslərdə fəal iştirakını və strateji mövqeyini göstərir. Bundan əlavə, ölkəmiz “greenfield” layihələr üzrə 1,5 milyard dollardan çox investisiya cəlb edib. “Moody’s Ratings” agentliyinin 2025-ci ildə Azərbaycan Respublikasının suveren kredit reytinqini investisiya səviyyəsinə (“Ba1” səviyyəsindən “Baa3” səviyyəsinə) yüksəldərək proqnozu “müsbət” saxlaması ölkəmizin regionda dayanıqlı iqtisadi mövqeyini və beynəlxalq investorlar üçün cəlbedici mühitini təsdiqləyir. Təsadüfi deyil ki, forum çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin “Modon Holding”  və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalanıb.  “AIIF 2025” forumu Azərbaycanın investisiya potensialının beynəlxalq səviyyədə təqdim olunması və ölkənin qlobal iqtisadi əməkdaşlıq çərçivəsində strateji tərəfdaşlıqlarının möhkəmləndirilməsi baxımından əhəmiyyətli platforma kimi çıxış edir. Forum çərçivəsində keçirilən plenar iclaslar, institusional və panel sessiyalar, tematik müzakirələr, imzalanan müqavilələr və yaradılmış yeni əməkdaşlıqlar Azərbaycanın dayanıqlı iqtisadi inkişafına, qeyri-neft sektorunun şaxələndirilməsinə və beynəlxalq investisiya mühitinin institusional dayanıqlığının güclənməsinə mühüm töhfə verəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Sentyabr 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see140

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see126

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri