Politoloq: Azərbaycan və Türkiyənin məqsədi iqtisadi imkanları genişləndirməkdir
Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Bakıda keçirilən Azərbaycan–Türkiyə Birgə Hökumətlərarası Komissiyasının 12-ci iclası yalnız iqtisadi deyil, həm də siyasi əhəmiyyətə malikdir. Azərbaycan və Türkiyə qardaş ölkələr və müttəfiq dövlətlər olaraq qarşılıqlı əlaqələrin gücləndirilməsini əsas hədəflərdən biri kimi müəyyən ediblər".
Bunu Demokrat.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.
O, bildirib ki, iki ölkənin məqsədi ticarət dövriyyəsini artırmaq və iqtisadi imkanları genişləndirməkdir və bu proses artıq uğurla davam edir:
"Xatırladaq ki, Azərbaycan və Türkiyə Şuşa bəyannaməsini imzalamaqla tarixi bir mərhələyə qədəm qoyub və önəmli nəticələr əldə ediblər. İndi isə növbəti hədəf iqtisadi əlaqələrin daha da yüksəldilməsi və ticarət dövriyyəsinin artırılmasıdır".
Ekspert bildirib ki, bu istiqamətdə böyük potensial mövcuddur və iki ölkə həmin potensialı dəyərləndirərək qarşıya qoyulan hədəflərə çatmağa çalışır:
"İqtisadi əlaqələrin inkişafı üçün hazırlanmış 110 maddəlik fəaliyyət planının təsdiqlənməsi ciddi nəticələrə gətirib çıxaracaq. Bu həm də Azərbaycan və Türkiyənin geosiyasi mövqeyinə müsbət təsir göstərəcək".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Azərbaycan idmançılarının imkanları yüksəkdir POLİTOLOQ
26 Dekabr 2024 17:05
Sülh müqaviləsinin Türkiyənin vasitəçiliyi imzalanmasıni Azərbaycan dəstəkləyər POLİTOLOQ
24 İyun 2025 14:02
“İmamoğlu işi Türkiyənin mövqeyinə təsir etməyəcək” Politoloq
21 Avqust 2025 15:36
Amerikalı politoloq: Azərbaycan uzun illərdir hədəflədiyi məqsədi təmin edir
09 Avqust 2025 08:01
Azərbaycan xammal daşımalarında mühüm iqtisadi mərkəzdir TÜRK POLİTOLOQ
30 Yanvar 2025 11:32
Baxış sayı:56
Bu xəbər 23 Dekabr 2025 14:14 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları