Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Kapitanın sonuncu mesajı: Qəhrəman olmağa gedirik...

Kapitanın sonuncu mesajı: Qəhrəman olmağa gedirik...

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 3 noyabr, AZƏRTAC

“Hamınızı çox sevirəm. Özünüzdən muğayat olun. Qəhrəman olmağa gedirik. Allah sizə cansağlığı versin. Zəng etməyin. Qəlbimdəsiniz...”

Bu, oktyabrın 1-i saat 01:18-də kapitan Vüqar Nəcəfovun ailəsinə göndərdiyi sonuncu mesajdır. Özü də şəhadətindən cəmi bir gün əvvəl...

O, oktyabrın 2-də Cəbrayıl rayonunun Nüzgar kəndində “Ohanyan səddi”nin yarılması zamanı şiddətli döyüşlərdə tabeliyindəki şəxsi heyəti xilas edərək şəhid olub.

AZƏRTAC Vətən müharibəsi şəhidi, Azərbaycan Ordusunun zabiti, kapitan Vüqar Nəcəfovun ailə üzvləri ilə həmsöhbət olub.

Şəhidin bacısı Günel Abdullayeva qardaşı ilə bağlı xatirələrini bölüşüb: “Evin sonbeşiyi, iki bacının yeganə qardaşı olan Vüqar çox gözəl xarakterli, mehriban, qayğıkeş idi. Uşaqla uşaq, böyüklə böyük kimi davranardı. Bir dəfə də olsun xətrimizə dəyəcək kəlmə işlətməyib. Söhbətcil insan idi, səlis danışıq qabiliyyəti adama zövq verirdi. O, təkcə ailə üzvlərinə qarşı diqqətcil deyildi, ətrafına, iş yoldaşlarına, silahdaşlarına da can yandırırdı. Əsgərləri, iş yoldaşları Vüqara bir zabit kimi hörmət edir, bir insan kimi onu çox istəyirdilər.

Uşaq yaşlarından həddən ziyadə vətənpərvər idi. Vətənə xidmət arzusunun ardınca gedən Vüqar bu yolda ilk addımı 2006-cı ildə Heydər Əliyev adına Hərbi İnstituta daxil olmaqla atdı. 2011-ci ildən isə ön xəttə xidmət edirdi. Onun ən böyük arzularından biri torpaqlarımızın azad edilməsi uğrunda döyüşmək idi. Hər zaman əminliklə deyirdi ki, biz çox güclüyük, torpaqlarımızı çox asanlıqla azad edəcəyik. Onun dediyi kimi də oldu. Otuz ilə yaxın işğalda qalan torpaqlar cəmi 44 günə azad edildi... Elə Vüqar kimi cəsur döyüşçülərin sayəsində...

Vüqar Vətən müharibəsinə qədər 2016-cı il Aprel döyüşlərində iştirak etmişdi. Vətən müharibəsi başlayanda isə onun bir zabit kimi kifayət qədər təcrübəsi var idi. 2020-ci il sentyabrın 20-də Vətən müharibəsinə Bakı Həmlə Taborunun tərkibində yollandı. Füzuli, Xocavənd, Cəbrayıl istiqamətlərində aparılan hərbi əməliyyatlarda şücaəti ilə seçilənlər sırasında oldu. Oktyabrın 2-də isə Cəbrayıl rayonunun Nüzgar kəndində qızğın döyüşlərdə tabeliyindəki şəxsi heyətini xilas etsə də, özü şəhid oldu...

Vüqarı ən son Vətən müharibəsindən təxminən 40 gün əvvəl 2020-ci il avqustun 17-də görmüşdüm. Oğlumun doğum günü idi. Ailəsi ilə iki gün qonağım oldu. Doyunca və çox gözəl vaxt keçirə bildik.

Vətən müharibəsi başlayanda Vüqar sevincindən yerə-göyə sığmırdı. Ən son sentyabrın 30-da mənimlə əlaqə saxladı. Çox sevincli idi. Deyirdi ki, tezliklə şad xəbərlər alacaqsınız. Həyat yoldaşıma isə Şuşanı almaq bizə qismət olacaq demişdi. Qismət oldu, lakin təəssüf ki, Vüqar o günü görə bilmədi...

Oktyabrın 1-i gecə hamımıza bir mesaj göndərmişdi. Mesajdakı cümlələrdən biri xüsusilə diqqət çəkirdi: “Qəhrəman olmağa gedirik”. O mesajdakı dərin mənanı çox sonra başa düşdük. Çünki cəmi bir gün sonra o adını şanlı tarixin qəhrəmanları sırasına yazdırdı... Oktyabrın 1-i səhər saat 11-də valideynlərimizlə danışıb, “nigaran qalmayın yaxşıyam”, anamıza isə “Allah sənin köməyin olsun, ana” deyib. Sanki anamızı şəhid anası olacağı xəbərinə hazırlayırmış...

Özündən Vətənə yadigar qızı İnci, oğlu Aydını qoyub getdi. Biz də çalışırıq ki, övladları onun istədiyi kimi Vətənə, xalqa xeyirli, cəmiyyətə faydalı övladlar olsunlar. O zaman Vətənini canından çox sevən qardaşımın ruhu şad olacaq”.

Qeyd edək ki, şəhid kapitan Vüqar Nəcəfov Prezident İlham Əliyevin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see401

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see346

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see331

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see330

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see312

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see306

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see302

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see259

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see246

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see242

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see237

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see231

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see225

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see219

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see210

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see206

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see201

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see181

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri