Kaplanoviç: “Səhvlərimizi bağışlamadılar”
futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Premyer Liqasının XVI turunun “Sumqayıt” – “Sabah” oyunundan (1:3) sonra meydan sahibi komandanın məşqçisi Veliçko Kaplanoviç jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…
– “Sabah”ı təbrik edirəm. Layiqli qələbə qazandılar. Səhvlərimizi bağışlamadılar. İkinci hissədə yaxşı oynamağa çalışdıq. “Sabah” kimi komandalara 90 dəqiqə yüksək keyfiyyətdə oynamalısan.
– Səhvlər nə ilə bağlı idi? “Sabah”ın “Qarabağ”ı məğlub etməsi futbolçularda çəkingənlik yaratmışdı?
– Belə düşünmürəm. İlk qolda səhvimiz var idi. İkinci qol gözəl ötürmə sonrası oldu. Buraxdığımız səhvlər var idi. İkinci və üçüncü qollar sadə oldu. Gərək belə qollar buraxmayaydıq.
– Yankoviç gah ehtiyatda olur, gah əsas heyətdə meydana çıxır. Niyə?
– Hələ tam formaya düşə bilməyib. Çalışırıq ki, daha yaxşı olsun.
– Qışda hücumçu almaq gündəmdədirmi?
– Hücumçuya ehtiyacımız var. Amma indi olan budur. Rəhbərliyə istəyimizi çatdırmışıq. Amma qısa zamanda yaxşı hücumçu tapmaq çətindir.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 22 Dekabr 2025 22:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















