Icma.az
close
up
RU
Karantin rejimi ilə bağlı bilinməyən məqam Yeni səbəb ortaya çıxdı KONKRET

Karantin rejimi ilə bağlı bilinməyən məqam Yeni səbəb ortaya çıxdı KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Azərbaycanda xüsusi karantin rejimi 2025-ci il oktyabrın 1-dək uzadılıb. Çoxları bu qərarı yalnız quru sərhədlərin bağlı qalması ilə əlaqələndirsə də, mövcud rejimin qüvvədə qalması dövlətə əlavə səlahiyyətlər də verir. Belə ki, bu müddət ərzində maska taxmaq, kütləvi toplantıları məhdudlaşdırmaq və ya distant təhsilə keçid kimi tədbirlərin tətbiqi mümkündür.

Bu qərar zəruridirmi? Quru sərhədlərin bağlı qalması şərtilə digər müddəalar ləğv edilə bilərmi?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan deputat Aqil Abbas xatırladıb ki, quru sərhədlərin bağlanması təhlükəsizliklə əlaqəlidir:

“Bundan sonra maska taxmaq və ya distant təhsilə keçid kimi tədbirlərin tətbiq olunacağına inanmıram. Bu qərarın səbəbi koronavirus deyil, dünyada baş verən müharibələrdir. Əgər sərhədlər açıq olsaydı, bir çox qaçqınlar ölkəmizə gələcəkdi. Fikrimcə, sərhədlərin bağlı qalması ən doğru qərardır. Təhlükəsizlik hər şeydən öndədir”.

Deputat Elman Nəsirov bildirib ki, bəziləri pandemiyanın başa çatdığını əsas gətirərək karantin rejiminin tamamilə ləğvini tələb edirlər:

“Onlar müxtəlif suallar səsləndirirlər. Əgər pandemiya yoxdursa, nə üçün karantin rejimi tamamilə ləğv olunmur? Niyə quru sərhədlər bağlı qalır? Prezident İlham Əliyev postpandemiya dövründə dəfələrlə bu qərarın əsas səbəbinin təhlükəsizlik məsələləri olduğunu bəyan edib. Xüsusilə quru sərhədlərin bağlı qalmasının Azərbaycanı bir çox bəlalardan qoruduğunu vurğulayıb. Bu mövzuya fərqli yanaşanlar, alternativ arqumentlər gətirənlər artıq susublar. Çünki İsrail və İran arasında baş verən müharibə və onun fəsadları göstərdi ki, təhlükə realdır. Radiaktiv sızmalar, qaçqın axını və digər problemlər yarana bilərdi. Məsələn, hazırda Tehrandan olan insanların böyük qismi Türkiyə istiqamətində hərəkət edir. Azərbaycan isə bu problemdən kənardır”.

Millət vəkili qeyd edib ki, pandemiya rəsmi olaraq bitmiş sayılsa da, müxtəlif yoluxucu xəstəliklər hələ də yayılır:

“Bu baxımdan karantin rejimi maska taxılması və digər qoruyucu tədbirlər üçün hüquqi baza yaradır. Amma əsas səbəb məhz təhlükəsizlikdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 İyun 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see211

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see201

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see181

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see180

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see176

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see168

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see167

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see165

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see165

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see163

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see150

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see147

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see142

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see141

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see138

İranda etirazların səkkizinci günüdür

04 Yanvar 2026 09:16see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri