Karapetyan: Ermənistanın növbəti baş naziri mən olacam
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
“Ermənistanın növbəti baş naziri mən olacam”.
Bakıvaxtı.az xəbər verir ki, bunu müxalif “Güclü Ermənistan” partiyasının sədri və rusiyalı oliqarx Samvel Karapetyan deyib.
“Əmin olun, növbəti baş nazir mütləq mən olacam və siz də məni alqışlayacaqsınız. Hətta Paşinyan da alqışlayacaq”, - o, jurnalistlərə açıqlamasında bildirib.
Nə vaxt baş naziri olacağı sualına isə Karapetyan belə cavab verib: “Gizli deyəcəm”.
Müxalifətin hakimiyyətə qarşı mümkün mitinqlərinə gəlincə, rusiyalı oliqarx qeyd edib:
“Nəyə ehtiyac olsa, edəcəyik. Görürəm ki, ən çox mən və siz tələsirik ki, Paşinyanı yola salaq. Amma bu işə “ağlı başında adam” lazımdır. O “ağlı başında adam” artıq var, qoyun sakitcə işimizi görüb bitirək. O ağlı başında olan adam elə mən özüməm. Təəccüblənə bilərsiniz, o mənəm”.
Baxış sayı:177
Bu xəbər 17 Sentyabr 2026 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















