Karapetyanın partiyasının üzvləri saxlanılıblar
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi rusiyalı iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" partiyasının üzvlərini saxlayıb.
"Ölkə.az" bildirir ki, bu barədə komitənin rəsmi saytında xəbər yerləşdirilib.
Məlumata əsasən, seçicilərin səslərini satın almaqda şübhəli bilinən şəxslərlə bağlı Alaverdi şəhərində xüsusi əməliyyat keçirilib.
"Lori əyalətinin Alaverdi şəhərində yerləşən "Güclü Ermənistan" partiyasının ofisində məsul şəxsin digər şəxslərlə birgə, parlament seçkisində partiyanın lehinə səs vermələri müqabilində seçicilərə rüşvət payladığına dair təkzibolunmaz sübutlar əldə edilib. Onların bu cinayətkar fəaliyyəti gizlətmək üçün vətəndaşlara payladıqları məbləğləri partiya ofislərində görülən işlər müqabilində verilən əməkhaqqı kimi qələmə verdikləri müəyyən olunub", - deyə rəsmi açıqlamada bildirilib.
Komitə faktla bağlı cinayət işinin açıldığını, axtarışların aparıldığını və bir neçə şəxsin saxlanıldığını bəyan edib. Hazırda saxlanılan partiya tərəfdarlarının dəqiq sayı açıqlanmır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 21 May 2026 21:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















