Karateçimiz dünya çempionatında beşinci medalı qazandı
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Polşanın Belsko-Biala şəhərində keçirilən yeniyetmələr və gənclər arasında karate üzrə dünya çempionatında Azərbaycan millisinin aktivinə daha bir medal əlavə olunub.
İdman.Biz xəbər verir ki, 21 yaşadək idmançılar arasında 75 kq çəki dərəcəsində mübarizə aparan Rəşid Süleymanov bürünc medal qazanıb.
Azərbaycan karateçisi üçüncü yer uğrunda qarşılaşmada Türkiyə təmsilçisi Osman Burak Keleşə qalib gələrək dünya çempionatının mükafatçıları sırasına daxil olub.
Bununla da Azərbaycan millisinin mundialda qazandığı medalların sayı beşə çatıb.
Daha əvvəl Şamo Kamilov (U-16, +70 kq) qızıl, Vüsal Qənbərov (U-18, 55 kq) gümüş medal əldə edib. Rəsul Qənbərli (U-16, 52 kq) və Nurlan Əlimuradov (U-16, 70 kq) isə bürünc mükafatlara sahib çıxıblar.
Qeyd edək ki, Polşada keçirilən dünya çempionatına bu gün, oktyabrın 18-də yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 18 Oktyabr 2026 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















