Icma.az
close
up
RU
Karbon izini ölç, təbiəti qoru: “Ecotracker” mobil tətbiqi təqdim olundu

Karbon izini ölç, təbiəti qoru: “Ecotracker” mobil tətbiqi təqdim olundu

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 25 aprel, AZƏRTAC

Aprelin 25-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Ecotracker” mobil tətbiqinin rəsmi təqdimat mərasimi keçirilib. Layihə “EkoSfera” Ekoloji-Sosial Mərkəzi İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə COP29 çərçivəsində QHT-lər üçün elan edilmiş qrant müsabiqəsi əsasında hazırlanıb.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin, eləcə də təhsil müəssisələrinin nümayəndələri, nazirlik yanında İctimai Şura üzvləri, yerli və beynəlxalq ekspertlər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən “EkoSfera” Ekoloji-Sosial Mərkəzi İctimai Birliyinin rəhbəri Firuzə Sultan-zadənin sözlərinə görə, “Ecotracker” “Zero Waste” (Sıfır Tullantı) konsepsiyası ilə yanaşı, Azərbaycanda dayanıqlı həyat tərzini təşviq edən ilk milli mobil tətbiqdir. May ayından etibarən istifadəyə veriləcək tətbiq geniş ictimaiyyət, xüsusilə də gənclər arasında ekoloji savadlılığın artırılması, davamlı davranış vərdişlərinin formalaşdırılması və fərdi ekoloji məsuliyyətin təşviqi məqsədi daşıyır.

F.Sultanzadə, həmçinin “Ecotracker” layihəsinin COP29 tədbirinə hazırlıq və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində karbon neytrallığına keçid, ətraf mühitin qorunması və ictimai maarifləndirmə məqsədlərinə töhfə verən mühüm rəqəmsal alət kimi dəyərləndirildiyini diqqətə çatdırıb.

Sonra çıxış edən layihənin koordinatoru Günay Vəliyeva və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev layihənin və mobil tətbiqin ətraf mühitin mühafizəsi və tullantıların düzgün idarə olunmasında faydalı olacağına inandıqlarını bildiriblər.

Daha sonra ictimai birliyin əməkdaşı Dilarə Hacıyeva mobil tətbiqin təqdimatını edib. Qeyd olunub ki, “Ecotracker” yalnız texnoloji yenilik deyil, bu, ekoloji düşüncənin gündəlik vərdişə çevrilməsinə xidmət edən innovativ platformadır. Tətbiq vasitəsilə istifadəçilər gündəlik qida seçimlərini məhsulların ekoloji dəyəri və karbon izi əsasında qiymətləndirə, nəqliyyat vasitələrinin ekoloji təsirinə uyğun alternativlər seçə, çeşidlənmiş tullantıların təhvilini qeyd edə bilərlər. Həmin funksiyalar sayəsində istifadəçilər özlərinin iqlimə təsirini və yaratdıqları karbon izini real rəqəmlərlə müşahidə etmək imkanı əldə edirlər. Eyni zamanda, tətbiq ekoloji maarifləndirməni yalnız məktəblərlə məhdudlaşdırmır, həm də ailələr və cəmiyyətin bütün təbəqələri arasında praktik və ölçülə bilən bir davranış dəyişikliyi yaratmağı hədəfləyir.

Təqdimat zamanı tətbiqin canlı nümayişi keçirilib, funksiyaları və istifadəsi izah olunub, gələcək inkişaf istiqamətləri və təhsil sisteminə inteqrasiya imkanları müzakirə edilib.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin, eləcə də təhsil müəssisələrinin nümayəndələri, nazirlik yanında İctimai Şura üzvləri, yerli və beynəlxalq ekspertlər iştirak ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:253
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Aprel 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri